Vakansiya haqqında

Vesta MMC Memar Dizayner vakansiyasını elan edir.

Vesta MMC komandamıza qoşulmaq üçün istedadlı, məsuliyyətli və peşəkar inkişaf etməyə həvəsli memar-dizayner axtarır. Məqsədimiz praktiki biliklərə malik, öyrənməyə açıq və komandamızla birlikdə inkişaf etmək istəyən mütəxəssisləri cəlb etməkdir.

Vəzifə öhdəlikləri

  • Autodesk Revit proqramında yüksək səviyyədə işləmək və layihələri Revit mühitində inkişaf etdirmək
  • Eskiz və ilkin layihədən işçi layihə mərhələsinə qədər memarlıq layihələrinin hazırlanması və inkişaf etdirilməsi
  • Memarlıq üzrə Faza 1 və Faza 2 çertyojlarının hazırlanması
  • Plan, fasad, kəsik və icra detallarının hazırlanması və koordinasiyası
  • Memarlıq üzrə Shop Drawing-lərin hazırlanması, inkişaf etdirilməsi və yoxlanılması
  • Tikintidə birbaşa istifadə oluna bilən, texniki cəhətdən düzgün və detallı işçi çertyojların hazırlanması
  • Revit-də Professional Sheets və tam layihə Documentation-ın hazırlanması
  • Dimension, Tag, Schedule, View Template, Family və digər Revit alətlərindən düzgün və effektiv istifadə etmək
  • Revit modelini səliqəli, standartlara uyğun və komanda işi üçün əlverişli şəkildə təşkil etmək
  • Plan, fasad, kəsik və detallar arasındakı əlaqəni düzgün qurmaq və layihənin bütün çertyojlarında koordinasiyanı təmin etmək
  • AutoCAD proqramında sərbəst işləmək
  • Mövcud memarlıq çertyojlarını oxumaq, analiz etmək, yoxlamaq və zəruri dəyişiklikləri həyata keçirmək
  • Tikinti materialları, konstruktiv həllər və memarlıq detallarını anlamaq və çertyojlarda düzgün tətbiq etmək
  • Layihə sənədlərinin müəyyən edilmiş standartlara və texniki tələblərə uyğun hazırlanmasını təmin etmək

Tələblər

  • Memarlıq, memarlıq mühəndisliyi, interyer memarlığı və ya memarlıq və tikinti ilə əlaqəli digər ixtisaslar üzrə ali təhsil
  • Memarlıq və layihələndirmə sahəsində praktiki iş təcrübəsi
  • Autodesk Revit proqramında peşəkar işləmə bacarığı
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı
  • Konsept, eskiz və işçi layihə mərhələləri üzrə biliklər
  • İşçi çertyojların (Working Drawings), icra detallarının və Shop Drawing-lərin hazırlanması üzrə bilik və praktiki bacarıqlar
  • Tikinti materialları, konstruktiv həllər və texniki detallar haqqında biliklər
  • 3ds Max, SketchUp, V-Ray, Corona və Photoshop proqramları üzrə biliklər üstünlükdür
  • Məsuliyyətlilik, dəqiqlik, komanda ilə işləmək və verilən tapşırıqları düzgün yerinə yetirmək bacarığı
  • Öyrənməyə, yeni biliklər qazanmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq

Namizədlərdən CV və portfoliolarını təqdim etmələri xahiş olunur.

Portfolioda 3D vizualizasiyalarla yanaşı, namizədin iştirak etdiyi layihələrə aid memarlıq planları, fasadlar, kəsiklər, işçi layihə, icra detalları, Shop Drawing və Revit sənədlərindən mövcud nümunələrin təqdim olunması arzuolunandır.

Yalnız 3D renderlər deyil, texniki iş nümunələrinin də təqdim edilməsi namizədin bacarıqlarının qiymətləndirilməsində əhəmiyyətlidir.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Memar Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Son tarix
13 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
125

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Memar üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 34 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Memar kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Namizədlərdən CV və portfoliolarını təqdim etmələri xahiş olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Mövzu hissəsində “Memar Dizayner” qeyd edilməlidir.

Vakansiyanın müraciət üçün son tarixi 13 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Memar üzrə Bakıda digər açıq elanlar.

Heptagon Group MMC
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 000–2 000₼

Memar kimi restoran və hotel layihələrində 5 ildən artıq təcrübə və AutoCAD bilikləri tələb olunur

AutoCADRevitTeamworkArchitectural Design+9
Müraciət et
Maaş göstərilməyib

Tikinti və interyer layihələrini hazırlamaq üçün AutoCAD və dizayn proqramlarında sərbəst işləmək bacarığı tələb olunur

AutoCAD3Ds MaxSketchUpAdobe Photoshop+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
1 500–2 000₼7 gün qalıb

Memarlıq cizgilərin və tikinti işlərinin norma və qaydalara uyğunluğunu yoxlayır, AutoCAD bacarığı tələb olunur.

Technical Documentation ReviewConstruction SupervisionAutoCADRevit+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Memarlıq layihələri hazırlayır, 3D modelləşdirmə və render proqramlarında yüksək bacarıq tələb olunur.

AutoCADRevitBlenderAdobe Photoshop+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Memar dizayner
Müraciət et