Metalların xüsusiyyətlərini və qəlibləmə texnologiyasını bilən, sənədləşmə və proses izləmə aparan mühəndis.
Vakansiya haqqında
Əsas vəzifələr
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır.
- KMD (Konstruksiyalar Metal Detal): Zavod istehsalı və quraşdırma üçün detallı işçi çertyojların, montaj sxemlərinin hazırlanması.
- Çizgiləri, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlarına, verilmiş standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir.
- Hazırlanan çertyojların zavodda istehsal prosesinə uyğunluğunu nəzarətdə saxlamaq, istehsalatdan gələn sualları cavablandırmaq.
- Metal sərfiyyatını optimallaşdırmaqla layihənin maya dəyərini azaltmaq üçün mühəndis həlləri tapmaq;
- İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
- Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir.
- İş yeri: Xırdalan şəhəri, Niyazi Əsgərov 36
- İş qrafiki: 6 günlük
- İş saatı: 08:00 – 17:00
- Əmək haqqı: Əmək bazarına uyğun əmək haqqı
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Servis: 20 Yanvar dairəsindən və Sumqayıt şəhərindən iş yerinə çatdırılma mövcuddur
Tələblər
- Sərbəst Azərbaycan dili, Rus və İngilis dili arzuolunandı
- Komputer proqramları
- AutoCAD, Tekla Structures, SolidWorks, SAP2000, Microsoft Office
- Müvafiq sahədə (metal konstruksiyaların layihələndirilməsi üzrə) 3 ildən artıq iş təcrübəsi.
- Ali texniki təhsil (İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Mexanika mühəndisliyi üstünlükdür).
- Ünsiyyət və analitik düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhəri, Niyazi Əsgərov 36 ünvanındadır.
İş həftədə 6 gün, saat 08:00-dan 17:00-dəkdir.
Əmək haqqı əmək bazarına uyğun təyin olunur.
Şirkət tərəfindən nahar təmin edilir.
20 Yanvar dairəsindən və Sumqayıt şəhərindən iş yerinə çatdırılma mövcuddur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMetallurgiya mühəndisi üzrə Xırdalanda digər açıq elanlar.
Layihəçi mühəndis kimi texniki hesablamalar aparır və AutoCAD-də çertyojlar hazırlayır
Tikinti sahəsində memarlıq layihələrinə uyğunluğa nəzarət edir və texniki həllər hazırlayır
HVAC sistemlərinin layihələndirilməsi və sahədə texniki nəzarət üçün 5 il təcrübə tələb olunur




