Tikinti prosesini idarə edir, keyfiyyətə nəzarət edir və AutoCAD bilikləri tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- Layihə: Bahar Residence
- İş rejimi: Həftə içi 5 gün, saat 08:00–17:00
- Əmək haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki şərtlərə və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək;
- Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün texniki həllər hazırlamaq;
- Sahədə icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini yenidən işləmək, düzəlişlər etmək və uyğunlaşdırmaq;
- Tikinti prosesində memarlıq işlərinin mütəmadi yoxlanılmasını həyata keçirmək, aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
- Memarlıq və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin etmək;
- Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq;
- Memarlıq, konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək;
- Sahədə yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi təşkilatlarla koordinasiya aparmaq;
- Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların hazırlanmasını təmin etmək;
- Tikinti işlərinin icra vəziyyəti və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq;
- Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan qaldırılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memarlıq və tikinti sahəsində minimum 4 il iş təcrübəsi;
- Yaşayış kompleksləri və çoxmərtəbəli binaların tikintisində iş təcrübəsi üstünlükdür;
- AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (vacibdir);
- 3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
- Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və hazırlamaq bacarığı;
- Tikinti norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər;
- Sahədə ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq bacarığı;
- Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi;
- Komandada işləmək və operativ qərarvermə bacarığı.
Təklif edirik:
- Aylıq sabit əmək haqqı: 2000 AZN;
- Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sahə mühəndisi üzrə bazar adətən 1 600–2 350 ₼ ödəyir, median — 2 000 ₼.
18 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün, saat 08:00–17:00 işləməkdir.
Aylıq sabit əmək haqqı 2000 AZN-dir.
Bahar Residence yaşayış kompleksi layihəsidir.
Memarlıq ixtisası üzrə ali təhsil və minimum 4 il iş təcrübəsi tələb olunur.
AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Memarlıq işlərinin sahədə icrasına nəzarət edir və AutoCAD, Revit bilikləri tələb olunur.
Tikinti sahəsində layihə və işçi qruplarını koordinasiya edən, texniki problemləri həll edən mühəndis.
Tikinti layihələrində sahədə işlərin icrasını idarə etmək və komanda koordinasiyası bacarığı tələb olunur.



