UT və MPI testləri aparır, qüsurları müəyyən edir, minimum 3 il təcrübəsi olmalıdır.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Avadanlıq və konstruksiyaların texniki vəziyyətinin defektoskopik üsullarla yoxlanılmasını həyata keçirmək;
Ultrasəs, maqnit-toz, kapilyar, vizual və digər tətbiq olunan dağıdıcı olmayan nəzarət (NDT) üsullarından istifadə etməklə qüsurları aşkar etmək;
Metal konstruksiyalarda, qaynaq birləşmələrində, boru kəmərlərində, çənlərdə və digər avadanlıqlarda çat, korroziya, məsamə və digər qüsurları müəyyən etmək;
Çən və digər avadanlıqların divar qalınlığını ultrasəs qalınlıqölçən cihazlarla ölçmək; Qaynaq birləşmələrinin keyfiyyətinə texniki nəzarəti həyata keçirmək;
Defektoskopiya nəticələrini təhlil etmək və texniki hesabatlar hazırlamaq;
Aşkar edilmiş qüsurların ölçülərini, yerləşmə koordinatlarını və xarakterini sənədləşdirmək;
İstifadə olunan ölçü və nəzarət cihazlarının sazlığının və metrologiya tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək;
Defektoskopiya işlərini müvafiq standart, normativ sənəd, istehsalçı tələbləri və müəssisədaxili prosedurlara uyğun aparmaq;
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq qanunvericilik aktları və normalarını;
Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ);
Dağıdıcı olmayan nəzarət (NDT) metodlarını və onların tətbiqi qaydalarını;
Ultrasəs qalınlıqölçmə və defektoskopiya cihazlarının iş prinsiplərini və istifadə qaydalarını Qaynaq birləşmələrində və metal konstruksiyalarda qüsurların müəyyən edilməsi üsullarını;
Qüsur və nasazlıqların aradan qaldırılması üçün bu avadanlıqlara aid texniki məlumatları ingilis dilindən oxumaq və lazımlı tədbirlərin görülməsi üçün nəticələr çıxarmaq bacarığı;
AutoCAD, Primavera və digər planlama proqramlarında işləmək bacarığı;
UT- sertifikat level 1 və ya level 2
MPİ- sertifikat level 1 və ya level 2
Tələb olunan təhsil:
Ali təhsil (Mexanika, maşınqayırma, materialşünaslıq, qaynaq, texniki diaqnostika və ya uyğun mühəndislik istiqaməti üzrə ali təhsil).
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Daşkəsən rayonundadır.
Həftə içi 5 gün, gündə 8 saat, həftədə 40 saatdan çox olmamaq şərtilə işləyir.
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Təlimlərdə iştirak, idman mərkəzlərindən istifadə, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi mövcuddur.
UT və MPİ sertifikatlarından level 1 və ya level 2 tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNDT texniki üzrə Daşkəsən şəhərində digər açıq elanlar.
Sənaye avadanlıqlarında UT, RT, MT, PT üsulları ilə qüsurların aşkarlanması və analizini həyata keçirir.
Elektrik avadanlıqlarının təhlükəsiz istismarını təmin edir və 3 il təcrübə tələb olunur
Layihə-smeta sənədlərinin hazırlanması və smeta işlərinin aparılması üçün texniki mühəndis axtarılır.




