Layihə qrafiklərini hazırlayır və yeniləyir, Primavera P6 proqramında təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə və məsuliyyətlər
- Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
- Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun təsdiqinə təqdim etmək
- Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
- Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
- Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
- Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya təqdim etmək
- Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
- Kritik yolu (critical path), ehtiyat vaxtı (float) və əsas mərhələləri (milestones) izləmək
- Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
- Bərpa planlarının (recovery plan) hazırlanmasında iştirak etmək
- Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
- Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq
- Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
- Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq
- Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim etmək
Vəzifəyə olan tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
- Planlama sahəsində minimum 3 il iş təcrübəsi
- Primavera P6 proqramında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
- Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16
- Əmək haqqı: 2500-3000 AZN (NET)
- Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı, Bakıxanov qəsəbəsində, Ruhulla Axundov 16 ünvanındadır.
İş qrafiki həftədə 6 gündür.
Əmək haqqı 2500-3000 ₼ (net) aralığındadır.
Namizəd Primavera P6 proqramında sərbəst işləməlidir.
Namizəd planlama sahəsində minimum 3 il iş təcrübəsinə malik olmalıdır.
Namizəd CV formasını mövzu yerinə “Planlama mühəndisi” yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPlanlaşdırma üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihə iş qrafiklərini Primavera P6-da hazırlayır və minimum 3 il təcrübə tələb olunur
Layihə iş qrafiklərini hazırlayır, icranı izləyir və sənədlərə nəzarət edir, planlaşdırma bacarığı tələb olunur.
Əməliyyat və texniki planlaşdırma üzrə Primavera P6 və SAP PM bilikləri tələb olunur



