Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

Vakansiyanın təsviri:

🔹Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Tərtər Regional Qaz İstismarı İdarəsi
🔹Struktur vahidi: Füzuli rayonu üzrə Müayinə və istismara qəbul xidməti
🔹Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi
🔹Dərəcə:(ƏÖD) 05
🔹Saatlıq əmək haqqı: 4.33 AZN
🔹Nahar ödənişi: SOCAR-ın müvafi qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
🔹İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
🔹İş yerinin ünvanı: Füzuli rayonu, Horadiz şəhəri.

Vəzifə funksiyaları:
  • 🔹Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək
  • 🔹Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq
  • 🔹Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyən etmək
  • 🔹Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək
  • 🔹İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq
  • 🔹Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq üçün giliz və təhlükəsizlik tədbirlərini təmin etmək
  • 🔹Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq
  • 🔹Qaz cihaz və avadanlıqlarının sertifi katlı və istifadəyə yararlı olmasını yoxlamaq
  • 🔹Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək
  • 🔹Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq
  • 🔹Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək
  • 🔹İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək
  • 🔹Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək
  • 🔹Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq
  • 🔹İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək
  • 🔹Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək
  • 🔹Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq.
Bilməlidir:
  • 🔹Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu
  • 🔹Qazdan istifadə Qaydalarını
  • 🔹Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını
  • 🔹Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri
  • 🔹Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digərgöstəricilərinə dair tələbləri
  • 🔹Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını
  • 🔹Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını
  • 🔹Qaz paylayıcısı tərəfi ndən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını

🔹Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;

  • 🔹Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını
  • 🔹Görülən işlərin texnoloji prosesini
  • 🔹Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını
  • 🔹İstifadə edilən alət və inventarları
  • 🔹Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını
  • 🔹Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını
  • 🔹İstehsalat və əmək intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:

🔹Tələb edilən təhsil - tam orta təhsil;

🔹İş təcrübəsi - tələb edilmir.

🔹Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar:

🔹Tibbi sığorta: təmin edilir,
🔹İş yerinə çatdırılma: təmin edilmir.
🔹Son mürciət tarixi: 01.11.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Füzuli, Füzuli rayonu, Horadiz şəhəri
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
433 ₼
Yerləşdirilib
24 sentyabr 2026
Son tarix
1 noyabr 2026
Baxış
28

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Tam iş vaxtı, 5 günlük iş həftəsi, həftədə 40 saatdır.

Saatlıq əmək haqqı 4.33 ₼, aylıq 433 ₼ təşkil edir.

Hər faktiki işlədiyi iş gününə görə 5 ₼ yemək xərci ödənilir.

Tam orta təhsil tələb olunur.

İş təcrübəsi tələb edilmir, amma peşə hazırlığı kursları tələb olunur.

Füzuli rayonu, Horadiz şəhəri.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qaz kəməri baxıcısı üzrə Füzulidə digər açıq elanlar.

Azəriqaz İB
JuniorQəbələ
384₼1 gün qalıb

Qaz xətlərinin texniki baxışını və sızmaların aşkarlanmasını həyata keçirir, təhlükəsizlik qaydalarını bilir.

Technical InspectionTechnical DocumentationGas leak detectionUse of gas analyzers+3
Müraciət et
SOCAR
JuniorBakı
433₼Son gün

Elektrik mühərrikləri və mexaniki avadanlıqlar üçün metal parçaların hazırlanması və təmiri üzrə tornaçı işləyir.

Mechanical Equipment RepairMeasurement verificationSurface GrindingSafety Regulations Compliance
Müraciət et
Bütün oxşar vakansiyalar
433 ₼
Qaz təsərrüfatının nəzarətçisi
Müraciət et