Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri:

Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Zaqatala Regional Qaz istismarı İdarəsi
Struktur vahidi: Qəbələ rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti
Vəzifənin adı: xətt baxıcısı
Dərəcə (ƏÖD): 04
Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Qəbələ rayonu, E.Kərimov küçəsi, 60.

Vəzifə funksiyaları:
  • Qaz xətləri və qaz avadanlıqlarının (QPS, QTM, QTŞ və s.) texniki baxışına və sazlığına nəzarət etmək;
  • Qaz kəmərlərində və birləşmələrdə sızmaları qazanalizator və digər vasitələrlə aşkar etmək, nəticələri raport və jurnallarda qeyd etmək;
  • Yerüstü və yeraltı qaz kəmərlərinin müəyyən edilmiş qrafik və prosedurlara uyğun texniki vəziyyətini yoxlamaq;
  • Yeraltı qaz kəmərlərinin ətrafında yerləşən quyular, zirzəmilər, şaxtalar və digər qurğularda qaz sızmalarını yoxlamaq;
  • Aşkar edilmiş sızma, nasazlıq, qəza təhlükəsi, mühafizə zonası pozuntuları və qanunsuz tikinti halları barədə dərhal rəhbərliyi və aidiyyəti qəza xidmətlərini məlumatlandırmaq;
  • Qəza-bərpa briqadası gələnədək zəruri təhlükəsizlik tədbirlərini təmin etmək;
  • Texniki xidmət və nasazlıqlara dair məlumatların düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
  • İstifadə olunan cihaz və avadanlıqların sazlığını yoxlamaq və əmək təhlükəsizliyi qaydalarına riayət etmək.
Bilməlidir:
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının” peşəsi üzrə tələblərini;
  • “Qaz təsərrüfatının texniki istismar Qaydalarının” peşəsi üzrə tələblərini;
  • Təsdiq edilmiş marşrut xəritələrində göstərilmiş bütün qaz təchizatı şəbəkəsi, yan obyektlərin yerləşməsini; (kəmərlərin trassası, kəmərlər boyu quyular və digər kommunikasiyaların yerləşməsini)
  • Qazlı mühitdə (ətrafa qaz yayılması halında), həmçinin bütün digər hallar üçün əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının tələblərini;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
  • Təhsil: tam orta təhsil.
  • İş təcrübəsi: tələb edilmir.
Digər məlumatlar;
  • Tibbi sığorta: Təmin edilir
  • İş yerinə çatdırılma: Təmin edilmir
  • Son müraciət tarixi: 29.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Qəbələ, E.Kərimov küçəsi, 60
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
384 ₼
Yerləşdirilib
27 oktyabr 2026
Son tarix
29 oktyabr 2026
Baxış
84

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Qəbələ rayonu, E.Kərimov küçəsi, 60 ünvanındadır.

Tam iş vaxtı, 5 günlük iş həftəsi, həftədə 40 saat işləmək tələb olunur.

Saatlıq əmək haqqı 3.84 ₼, vergi və digər ödənişlər daxil olmaqladır.

Hər faktiki işlədiyi iş gününə görə 5 ₼ yemək xərci ödənilir.

İş təcrübəsi tələb olunmur, tam orta təhsil kifayətdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qaz kəməri baxıcısı üzrə Qəbələdə digər açıq elanlar.

SOCAR
JuniorBakı
433₼Son gün

Elektrik mühərrikləri və mexaniki avadanlıqlar üçün metal parçaların hazırlanması və təmiri üzrə tornaçı işləyir.

Mechanical Equipment RepairMeasurement verificationSurface GrindingSafety Regulations Compliance
Müraciət et
700–800₼

Avadanlıq və proqram təminatının texniki təhlilini aparır, Rus dili bilikləri tələb olunur.

Mechanical EngineeringTechnical DocumentationRoboticsMicrosoft Excel+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
384 ₼
Xətt baxıcısı
Müraciət et