Regionlarda sənaye qaz qurğularının istismarına nəzarət edir və müvafiq sənədləri hazırlayır.
Vakansiya haqqında
GasProm şirkəti qaz təchizatı və qaz infrastrukturu layihələrinin hazırlanması, layihələndirilməsi və texniki sənədləşdirilməsi üzrə komandamıza qoşulacaq təcrübəli mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
- Qaz təchizatı və qaz infrastrukturu üzrə layihələrin hazırlanması və layihələndirilməsi
- Qaz xətlərinin, qaz şəbəkələrinin və müvafiq texniki elementlərin plan, sxem və çertyojlarının hazırlanması
- DarkCAD proqramında qaz layihələrinin müstəqil şəkildə hazırlanması və işlənməsi
- Mövcud layihələrin təhlili, yenilənməsi və zəruri texniki düzəlişlərin aparılması
- Layihə çertyojlarının texniki tələblərə uyğun hazırlanması
- Layihələr üzrə texniki sənədlərin hazırlanması və sistemləşdirilməsi
- Layihələrdə ölçülərin, texniki göstəricilərin və digər məlumatların düzgünlüyünün yoxlanılması
- Layihələrin müvafiq texniki norma, standart və tələblərə uyğunluğunun təmin edilməsi
- Layihələrin müvafiq razılaşdırma proseslərinə hazırlanması
- Layihə üzrə digər texniki və mühəndislik tapşırıqlarının yerinə yetirilməsi
Namizədə tələblər:
- Qaz layihələndirməsi sahəsində minimum 3 il peşəkar iş təcrübəsi
- DarkCAD proqramında yüksək səviyyədə praktiki iş bacarığı
- Qaz təchizatı və qaz infrastrukturu layihələrinin hazırlanması üzrə real iş təcrübəsi
- Texniki çertyojların oxunması və müstəqil hazırlanması bacarığı
- AutoCAD proqramında işləmək bacarığı
- Qaz layihələndirməsi ilə bağlı texniki norma və standartlar barədə məlumatlılıq
- Layihə sənədlərinin hazırlanması və texniki məlumatlarla işləmək bacarığı
- Dəqiq, məsuliyyətli və sistemli iş prinsipi
- Analitik düşüncə və problemlərin həlli bacarığı
- Komandada işləmək və işlərin müəyyən edilmiş müddətlərdə icrasını təmin etmək bacarığı
Üstünlük hesab olunur:
- DarkCAD proqramında müstəqil şəkildə müxtəlif qaz layihələrinin hazırlanması üzrə geniş təcrübə
- Qaz şəbəkələri və qaz təchizatı sistemlərinin layihələndirilməsi üzrə praktiki biliklər
- Müxtəlif miqyaslı qaz infrastrukturu layihələrində iştirak təcrübəsi
- Layihələrin razılaşdırılması və texniki sənədləşdirilməsi prosesləri barədə məlumatlılıq
- Hazırlanmış real layihələrdən ibarət portfolio
İş şəraiti
📍 İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli 25A
🕐 İş qrafiki: 10:00-17:00
💼 İş forması: Tam ştat
💰 Əmək haqqı: Namizədin peşəkar təcrübəsi və bilik səviyyəsinə əsasən müəyyən edilir, minimum-600AZN
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Saf Enerji, Sarsılmaz Etibar.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQaz təchizatı mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üzrə çertyojlar hazırlamaq və AutoCAD proqramında işləmək bacarığı tələb olunur
Tikinti sahələrində mexaniki işlərin nəzarətini aparmaq və HVAC, santexnika biliklərinə malik olmaq tələb olunur
Dəqiq texniki çəkilişlər hazırlayan və daxili mebel layihələndirməsində təcrübəli mütəxəssis.




