Dəqiq texniki çəkilişlər hazırlayan və daxili mebel layihələndirməsində təcrübəli mütəxəssis.
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Qış parkinin yanı
- İş qrafiki: 09:00–18:00
- Əmək haqqi musahibədə təyin olunur
Vəzifənin əsas məqsədi
- Tikinti layihələri üzrə işçi çertyojların hazırlanması.
- AutoCAD proqramında texniki çertyojların işlənməsi.
- Plan, kəsik, fasad və konstruktiv detalların hazırlanması.
- Layihə sənədlərində ölçü və texniki göstəricilərin düzgün tətbiq edilməsi.
- Layihə üzrə dəyişikliklərin çertyojlarda əks etdirilməsi.
- Tikinti sahəsindən daxil olan ölçülər əsasında çertyojların yenilənməsi.
- As-built (faktiki icra vəziyyəti) çertyojlarının hazırlanması.
- Layihə rəhbəri, mühəndislər və memarlarla koordinasiyalı işləmək.
- Layihə sənədlərində texniki uyğunsuzluqların müəyyən edilməsi.
- Çertyojların və texniki sənədlərin sistemli şəkildə arxivləşdirilməsi.
Namizədə tələblər
- Ali təhsil.
- Tikinti və layihələndirmə sahəsində minimum 1-3 il iş təcrübəsi.
- AutoCAD proqramında sərbəst işləmək bacarığı.
- Tikinti çertyojlarını oxumaq və hazırlamaq bacarığı.
- Revit və ya ArchiCAD bilikləri üstünlükdür.
- Texniki sənədlərlə işləmək bacarığı.
- Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik.
- Komandada işləmək bacarığı.
CV-nizi mövzu hissəsində “Draftsman Memarliq üzrə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam ixtisaslıdır: - Elektrik / Cihazlar /…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Qış parkinin yanındadır.
İş qrafiki 09:00–18:00 saatları arasındadır.
Əmək haqqı müsahibədə təyin olunur.
Tikinti və layihələndirmə sahəsində minimum 1-3 il iş təcrübəsi tələb olunur.
AutoCAD proqramında sərbəst işləmək bacarığı tələb olunur, Revit və ya ArchiCAD bilikləri üstünlükdür.
CV-nizi mövzu hissəsində “Draftsman Memarliq üzrə” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÇertyojçu üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində memarlıq layihələrinə uyğunluğa nəzarət edir və texniki həllər hazırlayır
Memar kimi restoran və hotel layihələrində 5 ildən artıq təcrübə və AutoCAD bilikləri tələb olunur
Tikinti sahələrində topoqrafik ölçmələr aparmaq və Total Station istifadə etmək bacarığı tələb olunur



