Vakansiya haqqında

  • Texniki və əməliyyat risklərini müəyyənləşdirmək, qiymətləndirmək və minimuma endirilməsi üzrə tədbirlər hazırlamaq
  • Təhlükəsizlik tələblərinə, şirkət prosedurlarına və müvafiq sənaye standartlarına uyğun mühəndislik həllərinin hazırlanmasına dəstək vermək
  • Geoloji şərait, quyu məqsədləri və əməliyyat məhdudiyyətlərini nəzərə alaraq quyu qazma proqramlarının və detallı mühəndislik dizaynlarının hazırlanmasında iştirak etmək
  • Kəmər dizaynı, sementləmə və maili qazma daxil olmaqla, quyu planına texniki dəstək vermək
  • Qazma qurğusunun və avadanlıqların texniki göstəricilərini qiymətləndirmək, planlaşdırılan əməliyyatlara uyğunluğunu yoxlamaq
  • Xidmət şirkətlərinin texniki təkliflərini nəzərdən keçirmək, tələb olunan texniki məlumatları hazırlamaq və uyğun həllərin seçilməsinə dəstək vermək
  • Yeni texnologiya və optimallaşdırma imkanlarını araşdırmaq, texniki və iqtisadi əsaslandırılmış təkliflər hazırlamaq
  • Quyu proqramı, əməliyyat prosedurları, risk qiymətləndirmələri və digər tələb olunan texniki sənədlərin vaxtında hazırlanmasına dəstək vermək
  • Gündəlik əməliyyat görüşlərində iştirak etmək, faktiki icranı quyu proqramı və planla müqayisə etmək, mümkün sapmaları vaxtında müəyyənləşdirmək
  • Təsdiq edilmiş proqramdan kənarlaşmalar zamanı MOC prosesinə uyğun texniki əsaslandırma və sənədləşdirmənin hazırlanmasına dəstək vermək
  • Qeyri-məhsuldar vaxtın (NPT/QMV) azaldılması, qazma performansının yaxşılaşdırılması və quyu xərclərinin optimallaşdırılması üzrə analiz və təkliflər hazırlamaq
  • Qazma parametrlərini və performans göstəricilərini təhlil etmək, plan–fakt müqayisələri aparmaq və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək
  • Texniki problemlərin və hadisələrin araşdırılmasında, Root Cause Analysis (RCA) və Lessons Learned (LL) proseslərində iştirak etmək
  • Tender və iş həcmi sənədlərinin texniki hissələrinin hazırlanmasına və texniki təkliflərin qiymətləndirilməsinə dəstək vermək
  • Quyunun tamamlanmasından sonra End of Well Report və öyrənilmiş dərslərin hazırlanmasına töhfə vermək

Xüsusi tələblər

  • Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya digər müvafiq ixtisas sahəsi üzrə ali təhsil
  • Qazma mühəndisliyi və sahə əməliyyatlarında 3 il təcrübə
  • Quyuların idarə olunması, qazma məhlulları, istiqamətli qazma, Bit/BHA dizaynı, sementləmə və bərpaedici əməliyyatlar sahəsində praktiki bilik
  • Sənaye standartlarına uyğun proqram təminatlarında (Compass, WellPlan, WellView və s.) təcrübə
  • Beynəlxalq sertifikatlı quyu nəzarəti sənədi – IWCF və ya IADC WellSharp
  • Qazma layihələri ilə bağlı riskləri müəyyən etmək və onların qarşısını almaq bacarığı
  • Texniki problemlərə operativ və səmərəli həll yolları tapmaq qabiliyyəti

Müraciət üçün son tarix: 28.08.2026 Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qazma üzrə mühəndis
Müraciət et