Vakansiya haqqında

  • Qazma əməliyyatları ilə bağlı potensial riskləri əvvəlcədən müəyyənləşdirmək və qarşısını almaq üçün tədbirlər görmək
  • Təhlükəsizlik qaydalarına ciddi əməl etmək və qəzaların qarşısını almağa yönəlik tədbirlər planı tətbiq etmək
  • Quyunun məqsədlərinə çatmaq üçün qəbul edilə bilən riskləri qiymətləndirmək
  • Geoloji şərait, qazma çətinlikləri və əməliyyat tələblərini nəzərə alaraq, quyu qazılması üçün proqram və detallı dizayn hazırlamaq
  • Kəmər, sementləmə və maili qazma daxil olmaqla, quyu planına texniki dəstək vermək
  • Yeni texnologiyaları və xidmət təminatçılarının təkliflərini nəzərdən keçirərək dizaynı təkmilləşdirmək
  • Qazma qurğusu və digər avadanlıqların texniki göstəricilərini qiymətləndirmək və quyu planına uyğunluğunu təmin etmək
  • Quyu təhvili prosesinə aid sənədlərin vaxtında hazırlanmasını və təsdiqlənməsini təmin etmək
  • Gündəlik qazma hesabatlarını yoxlamaq (QA/QC) və zəruri hallarda düzəlişlər üçün təklif etmək
  • Səhər əməliyyat zənglərində aktiv iştirak etmək və icranın qazma proqramına uyğun getdiyinə əmin olmaq
  • Planlardan kənarlaşma olduqda sənədləşdirmək və rəhbərliyə rəsmi şəkildə bildirmək (MOC prosesi)
  • Qazma prosesində qeyri-məhsuldar vaxtı (QMV / NPT) azaltmaq, avadanlıq nasazlıqlarını minimuma endirmək və ümumi xərcləri optimallaşdırmaq
  • Tender sənədlərinin hazırlanması və qiymətləndirilməsi
  • Kiçik mühəndislərə mentorluq etmək, onlara təcrübə və texniki biliklərini öyrətmək
  • Əsas texniki problemləri araşdırmaq (Root Cause Analysis RCA) və öyrənilmiş dərsləri komanda ilə paylaşmaq
  • Gənc mühəndislərin inkişaf planlarına rəy vermək və onların logistik dəstəklə koordinasiyasına kömək etmək

Xüsusi tələblər

  • Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya digər müvafiq ixtisas sahəsi üzrə ali təhsil
  • Qazma mühəndisliyi və sahə əməliyyatlarında 7 il təcrübə
  • Quyuların idarə olunması, qazma məhlulları, istiqamətli qazma, Bit/BHA dizaynı, sementləmə və bərpaedici əməliyyatlar sahəsində praktiki bilik
  • Sənaye standartlarına uyğun proqram təminatlarında (Compass, WellPlan, WellView və s.) təcrübə
  • Beynəlxalq sertifikatlı quyu nəzarəti sənədi – IWCF və ya IADC WellSharp
  • Qazma layihələri ilə bağlı riskləri müəyyən etmək və onların qarşısını almaq bacarığı
  • Texniki problemlərə operativ və səmərəli həll yolları tapmaq qabiliyyəti

Müraciət üçün son tarix: 28.08.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Qazma üzrə aparıcı mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

SOCAR Upstream MI LLC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Qazma mühəndisi quyu proqramları hazırlayır və əməliyyat risklərini qiymətləndirir.

Risk AssessmentCementingDirectional DrillingTechnical documentation preparation+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qazma üzrə aparıcı mühəndis
Müraciət et