Tikinti layihələrinin texniki və təşkilati icrasına nəzarət edir, 15 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Sizin öhdəlikləriniz:
Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət;
Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması;
Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi;
İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması;
Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi.
Namizədə dair tələblər:
Yaş həddi: 25 - 55 yaş
İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil;
İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi;
Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı;
AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır);
Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti.
Ciddi, kollektivdə işləmə bacarığı olan
Müvafiq sahələrdə iş təcrübəsi olan
Məsuliyyətli, stresə davamlı
İş şəraiti
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: 6 günlük.
İş vaxtı saat 9.00-18.00-dək.
Şirkət haqqında
“Çıraq Plaza” Otel və Biznes Mərkəzi 2010-cu il oktyabr ayından fəaliyyət göstərir. Özünəməxsus memarlıq kompleksi müştəri və icarədarlara göstərilən xidmətlərə yeni keyfiyyət standartlarının tətbiqini təmin edir.
Chirag Plaza — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti layihələrini planlaşdırmaq və icra mərhələlərini koordinasiya etmək üçün 3 il təcrübə.
Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir
Product Owner-in gündəlik işlərinə dəstək verir və məhsul idarəetmə bacarıqları tələb olunur



