Tikinti layihələrində sahə nəzarəti və subpodratçıların koordinasiyası üzrə 3-5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Tikinti-quraşdırma işlərinə sahədə gündəlik nəzarətin həyata keçirilməsi;
- İşlərin layihəyə, texniki şərtlərə və təsdiq olunmuş standartlara uyğun icrasına nəzarət edilməsi;
- Podratçı və subpodratçı şirkətlərlə koordinasiyalı işin təşkili;
- Görülən işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət edilməsi;
- Sahədə yaranan texniki problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və onların həllində iştirak edilməsi;
- Layihə çertyojlarının oxunması və işlərin layihəyə uyğunluğunun yoxlanılması;
- Görülmüş işlər üzrə hesabatların, aktların və digər texniki sənədlərin hazırlanmasında iştirak edilməsi;
- Materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
- İşlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət edilməsi.
Tələblər
- Ali təhsil (inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Şəxsi avtomobilin olması mütləqdir;
- AutoCAD/DWG proqramlarını yaxşı səviyyədə bilmək;
- İş prosesini koordinasiya etmək bacarığı;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığı;
- İşlərin icrasına nəzarət və təşkilatçılıq qabiliyyəti;
- İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Ezamiyyətlərə açıq olmaq.
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Ərazi.
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sahə mühəndisi üzrə bazar adətən 1 600–2 000 ₼ ödəyir, median — 1 975 ₼.
10 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dək, həftədə 5 gün tam iş günüdür.
İş yeri Bakı şəhərində, ərazi üzrədir.
Minimum 2 il iş təcrübəsi tələb olunur.
AutoCAD/DWG proqramlarını yaxşı səviyyədə bilmək tələb olunur.
Bəli, şəxsi avtomobilin olması mütləqdir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində memarlıq layihələrinə uyğunluğa nəzarət edir və texniki həllər hazırlayır
Tikinti layihələrində sahədə işlərin icrasını idarə etmək və komanda koordinasiyası bacarığı tələb olunur.
Tikinti layihələrində sahə mühəndisi kimi işləmək və AutoCAD bilmək tələb olunur




