Daxili təmir-tamamlanma işlərini idarə edir və keyfiyyətə nəzarət edir.
Vakansiya haqqında
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır.
Əsas vəzifələr:
- Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması;
- İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət;
- Ustaların və fəhlələrin iş bölgüsünün aparılması;
- İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət;
- Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi;
- Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
- Görülən işlərin keyfiyyətinin yoxlanılması;
- İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi;
- Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Tikinti sahəsində iş təcrübəsi;
- Tikinti və təmir işlərinin texnologiyasını bilmək;
- İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
- Layihə və texniki çertyojları oxumaq bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı;
- Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür;
- MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür.
Əməkhaqqı: 1,800 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sahə rəisi üzrə bazar adətən 1 075–2 000 ₼ ödəyir, median — 1 750 ₼.
16 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əməkhaqqı 1 800 -dir.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüvafiq sahə üzrə ali təhsil tələb olunur.
Tikinti və təmir işlərinin texnologiyasını bilməli, işçi heyətini idarə etməyi bacarmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində işlərin icrasına nəzarət edir və sahə rəisi kimi minimum 3 il təcrübəsi var
Tikinti işlərinin sahədə təşkili və icrasına nəzarət edir, 3-5 il təcrübə tələb olunur.
Tikinti sahəsində işləri nəzarət edir və 3-5 il təcrübəsi olan mühəndis tələb olunur.


