Vakansiya haqqında

Vəzifənin təsviri

Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.

Öhdəlikləri:

1. Texniki dəstək və preventiv xidmət

  • Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.

  • Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.

2. Kabel və infrastruktur işləri

  • Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.

  • Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.

3. Layihələndirmə və keyfiyyətə nəzarət

  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.

  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.

  • Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.

4. İcra, qeydiyyat və hesabatlıq

  • Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.

  • Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.

  • Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək

Məsuliyyət sahəsi:

  • Video-audio avadanlıqları

  • Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)

Tələblər

  • Professional biliklər

  • CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)

  • Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)

  • Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi (üstünlükdür).

  • CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.

  • Rus dili biliyi: A2 və ya daha yüksək səviyyələr (üstünlükdür);

Təhsil:

  • Ali və ya orta-ixtisas təhsili (İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə üstünlükdür)

  • Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır (Ali və orta-ixtisas təhsili olmasa)

İş təcrübəsi:

  • CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.

  • Professional bacarıq və kompetensiyalar:

  • Problem həlletmə

  • Zamanın idarəolunması

  • Çeviklik

Müraciət qaydası:

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Son tarix
22 oktyabr 2026
HRX ilə müraciət
2
Baxış
29

Şirkət haqqında

Sinteks LLC
Retail · 1,700+ · Baku
Sinteks LLC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Əmək haqqı barədə məlumat verilməyib.

CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sahə texniki mütəxəssisi üzrə digər açıq elanlar.

Sinteks LLC
JuniorSaatlı
900₼

Video müşahidə və zəif axın sistemlərinin texniki dəstəyini və kabelləşməsini həyata keçirir.

Preventive MaintenanceCable InstallationQuality ControlReporting+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SİCPA
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Texniki dəstək və təmir işləri aparır, 5 ildən çox təcrübə və sistem idarəetmə bacarığı tələb olunur.

System AdministrationOptimizationDocumentationKPI Development+19
Müraciət et
S-ENNA
Bakı
700–1 300₼

Liftlərin elektrik və mexaniki hissələrinin diaqnostikası və təmiri üzrə elektromexanik işi görür.

Electrical circuit readingElectronics knowledge
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT üzrə texnik
Müraciət et