Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri:

🔹Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Tərtər Regional Qaz İstismarı İdarəsi
🔹Struktur vahidi: Ağcabədi rayonu üzrə Müayinə və istismara qəbul xidməti
🔹İş yeri: Ağcabədi rayonu
🔹Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi
🔹Dərəcə:(ƏÖD) 05
🔹Saatlıq əmək haqqı: 4.33 AZN
🔹Nahar ödənişi: SOCAR-ın müvafi qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
🔹İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
🔹İş yerinin ünvanı: Ağcabədi rayonu, S.Vurğun küç, 103

Vəzifə funksiyaları:
  • 🔹Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək
  • 🔹Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq
  • 🔹Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyən etmək
  • 🔹Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək
  • 🔹İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq
  • 🔹Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq üçün giliz və təhlükəsizlik tədbirlərini təmin etmək
  • 🔹Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq
  • 🔹Qaz cihaz və avadanlıqlarının sertifi katlı və istifadəyə yararlı olmasını yoxlamaq
  • 🔹Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək
  • 🔹Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq
  • 🔹Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək
  • 🔹İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək
  • 🔹Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək
  • 🔹Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq
  • 🔹İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək
  • 🔹Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək
  • 🔹Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq.
Bilməlidir:
  • 🔹Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu
  • 🔹Qazdan istifadə Qaydalarını
  • 🔹Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını
  • 🔹Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri
  • 🔹Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digərgöstəricilərinə dair tələbləri
  • 🔹Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydalarını
  • 🔹Müayinənin və texniki xidmətin həyata keçirilməsi üçün monitorinqin keçirilməsi qaydalarını
  • 🔹Qaz paylayıcısı tərəfi ndən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası
  • 🔹Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydalarını.🔹Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını
  • 🔹Görülən işlərin texnoloji prosesini
  • 🔹Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını
  • 🔹İstifadə edilən alət və inventarları
  • 🔹Əməyin mühafi zəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını
  • 🔹Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını
  • 🔹İstehsalat və əmək intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:

🔹Tam orta təhsil.
🔹İş təcrübəsi tələbi yoxdur.
🔹Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Digər məlumatlar:

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Ağcabədi, S.Vurğun küç, 103
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 noyabr 2026
Son tarix
20 noyabr 2026
Baxış
64

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Ağcabədi rayonu, S.Vurğun küçəsi, 103 ünvanındadır.

Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saat işləmək tələb olunur.

Saatlıq əmək haqqı 4.33 ₼, iş gününə görə 5 ₼ yemək xərci ödənilir.

Tam orta təhsil tələb olunur.

İş təcrübəsi tələb olunmur, lakin peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sahə üzrə nəzarətçi üzrə Ağcabədidə digər açıq elanlar.

Star Mining MMC
Mütəxəssis · 3+ ilDaşkəsən
Maaş göstərilməyib

Texnikaların təmirinə və xidmətinə nəzarət edir, 3 ildən çox təcrübə tələb olunur

Technical MaintenanceRepair supervisionSpare Parts ManagementMechanical disassembly+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib3 gün qalıb

Qaz nəqli avadanlıqlarının təmiri və texnoloji nəzarətini aparmaq üçün RK metodlarını bilmək tələb olunur

Non-destructive TestingEquipment TestingSafety ComplianceTechnical Documentation Analysis
Müraciət et
Camal LTD (İceland)
Təcrübəli mütəxəssis · 7–10 ilBakı
3 500₼

Dondurma istehsalı zavodunda mexaniki avadanlıqların texniki xidmətini və təmirini idarə etmək tələb olunur

Mechanical EngineeringTechnical MaintenanceAutoCADTechnical Documentation+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qaz təsərrüfatının nəzarətçisi
Müraciət et