Vakansiya haqqında

ARASH Company komandasına texniki düşüncəyə, problem həll etmə bacarığına və müştərilərlə peşəkar ünsiyyət qurmaq qabiliyyətinə malik Servis Mühəndisi axtarır.

Bu vəzifə tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqların quraşdırılması, texniki xidməti, diaqnostikası və təmirini əhatə edir. Servis Mühəndisi əsasən müştəri ünvanlarında fəaliyyət göstərəcək, texniki problemləri yerində müəyyən edib aradan qaldıracaq, eyni zamanda xarici istehsalçıların texniki komandaları ilə birbaşa əməkdaşlıq edəcək.

Texnologiyaya marağın varsa, texniki problemləri həll etməyi sevirsənsə və beynəlxalq istehsalçılarla işləyərək mühəndis kimi inkişaf etmək istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr

  • Tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqların quraşdırılması və istismara verilməsi;
  • Müştəri ünvanlarında avadanlıqların texniki diaqnostikası və təmirinin həyata keçirilməsi;
  • Planlı profilaktik texniki xidmətlərin həyata keçirilməsi;
  • Avadanlıqlarda yaranan hardware və software problemlərinin müəyyən edilməsi və aradan qaldırılması;
  • Nasaz ehtiyat hissələrinin və modulların müəyyən edilməsi və dəyişdirilməsi;
  • Avadanlıqların kalibrasiyası, texniki göstəricilərinin və təhlükəsizlik parametrlərinin yoxlanılması;
  • Müştərilərə məsafədən texniki dəstəyin göstərilməsi;
  • Avadanlıqların düzgün istifadəsi və gündəlik texniki qulluq qaydaları üzrə müştərilərə ilkin təlimlərin keçirilməsi;
  • Görülmüş işlərlə bağlı servis hesabatlarının və texniki sənədlərin hazırlanması;
  • Texniki problemlərin həlli məqsədilə xarici istehsalçıların mühəndisləri və texniki dəstək komandaları ilə ingilis dilində yazılı və şifahi kommunikasiyanın aparılması;
  • İstehsalçıların texniki manual, servis təlimatları və digər texniki sənədləri ilə işləmək;
  • Bakı və Azərbaycanın digər bölgələrində müştəri ünvanlarına servis səfərlərinin həyata keçirilməsi;
  • İl ərzində ehtiyac yarandıqda xaricdə istehsalçıların texniki təlimlərində iştirak etmək.

Namizədə tələblər

  • Elektrik Mühəndisliyi, Elektronika Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil;
  • Servis, texniki xidmət və ya mühəndislik sahəsində 1-2 il iş təcrübəsi üstünlük hesab olunur;
  • Güclü texniki biliklərə malik yeni məzunların müraciətləri də nəzərdən keçiriləcək;
  • Tibbi avadanlıqlarla iş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil;
  • Elektrik və elektronika üzrə baza bilikləri;
  • Texniki problemlərin sistemli şəkildə diaqnostikası və həlli bacarığı;
  • İngilis dili – minimum B2 səviyyəsi (mütləqdir);
  • Texniki sənədləri və servis manual-larını ingilis dilində oxumaq və anlamaq bacarığı;
  • Rus dilini bilmək üstünlük hesab olunur;
  • B kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir);
  • Azərbaycan daxilində ezamiyyətlərə və zərurət yarandıqda xarici texniki təlimlərə hazır olmaq;
  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq;
  • Müstəqil işləmək və operativ qərar vermək bacarığı;
  • Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə yüksək motivasiya.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 09:00 – 15:00
  • İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı və müştəri ünvanları
  • İş rejimi: Tam ştat
  • Əməkhaqqı: 800 AZN NET
  • Sınaq müddəti: 3 ay
  • Sınaq müddətində sabit əməkhaqqı ödənilir;
  • 3 aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur;
  • Servis səfərləri ilə əlaqədar yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

Biz nə təklif edirik?

  • Beynəlxalq tibbi avadanlıq istehsalçıları ilə birbaşa işləmək imkanı;
  • İstehsalçıların yerli və xarici texniki təlimlərində iştirak;
  • Xaricdə keçirilən ixtisaslaşmış servis və mühəndislik təlimlərində iştirak perspektivi;
  • Praktiki olaraq müxtəlif və yüksək texnologiyalı avadanlıqlarla işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Performansa əsaslanan bonus sistemi;
  • İş üçün zəruri texniki alətlər və avadanlıqlar;
  • İş üçün noutbuk;
  • Korporativ mobil nömrə;
  • Ofisdə ödənişsiz nahar;
  • Korporativ tədbirlər və komanda fəaliyyətləri.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Məktubun mövzu hissəsində “Servis Mühəndisi” qeyd etməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, F. İbrahimbəyov küc. 19
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 oktyabr 2026
Dillər
English, Russian
Son tarix
20 noyabr 2026
Baxış
20

Şirkət haqqında

Arash Company
Medical Equipment Manufacturing · 51-200 · Baku
Arash Company — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri F. İbrahimbəyov küç. 19, Bakı və müştəri ünvanlarıdır.

Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 09:00 – 15:00 iş rejimidir.

Əməkhaqqı 800 AZN NET-dir, sınaq müddətində sabit əməkhaqqı ödənilir.

Sınaq müddəti 3 aydır və bu müddət ərzində sabit əməkhaqqı ödənilir.

Sınaq müddəti başa çatdıqdan sonra performansa əsaslanan bonus sistemi tətbiq olunur.

CV-lərinizi elektron poçt ünvanına göndərin, məktubun mövzu hissəsində “Servis Mühəndisi” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sahə xidmətləri üzrə menecer üzrə Bakıda digər açıq elanlar.

SİCPA
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

Sənaye avadanlıqlarının elektrik, avtomatlaşdırma və elektromexaniki texniki xidmətini göstərir, 5 il təcrübə tələb olunur.

Preventive MaintenanceTechnical DocumentationSystem AdministrationElectrical Systems Maintenance+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AEM Elektron
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

İT və təhlükəsizlik avadanlıqlarının quraşdırılması və texniki diaqnostikası üzrə təcrübəli mütəxəssis tələb olunur.

Router ConfigurationSwitch ConfigurationTCP/IPProblem Diagnosis+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Glensol
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Elektrik sahə mühəndisi kimi Top Drive sistemlərinin quraşdırılması və təmiri üzrə işləyir, elektrik və mexaniki bilik tələb olunur.

Mechanical EngineeringPreventive MaintenanceElectrical EngineeringField Service+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Rapid Solutions
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

Nasosların və istilik mübadilələrinin təmirini və texniki xidmətini həyata keçirmək üçün mühəndis tələb olunur.

Mechanical EngineeringTeamworkMultitaskingIndustrial Engineering+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Servis Mühəndisi (Field Service Engineer)
Müraciət et