Layihələr üzrə sənədlərin qəbulunu, qeydiyyatını və koordinasiyasını aparır, MS Office bilik tələb olunur.
Vakansiya haqqında
Dövlət qulluğuna qəbul üzrə ümumi müsahibə (DİM).
Struktur bölmə
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi, Hüquqi təminat və sənədlərlə iş sektoru
Vakant inzibati vəzifənin təsnifatı
5
Aylıq vəzifə maaşı
3220
Qulluq funksiyaları
- Komitəyə daxil olan sənədləri (dövlət orqanları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, digər yerli və beynəlxalq təşkilatlardan daxil olan sənədlər, vətəndaş müraciətləri, normativ və qeyri-normativ hüquqi aktlar və s.) qeydə alır, qeydiyyat kitabına yazır, elektron uçotunu aparır, sənədlərdə çatışmazlıq, uyğunsuzluq olduqda müvafiq akt tərtib edərək sənədi geri qaytarır
- Göndərilməsi üçün qəbul edilən sənədlərin ünvanının düzgünlüyünü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğunu yoxlayır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədləri icraçılara qaytarır
- Komitədən xaric olan sənədləri qeydə alır, qeydiyyat kitabına yazır, elektron uçotunu aparır
- Komitənin rəsmi elektron poçt ünvanına və elektron xidmət(lər)inə daxil olan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsini (və ya qeydiyyata alınmasını) təmin edir
- Komitəyə xarici dillərdə daxil olan sənədlərin tərcümə edilməsini təmin edir, Komitənin Aparatının struktur bölmələri tərəfindən xarici dillərdə (ingilis və rus) hazırlanmış sənəd layihələrinin düzgünlüyünü yoxlayır və onlara rəy verir
- Komitənin Aparatının struktur bölmələri tərəfindən vətəndaşların yazılı təklif, ərizə və şikayətlərinə, həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilmiş vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılması üçün məlumatları mütəmadi olaraq rəhbərliyə təqdim edir, müraciətlərə baxılması vəziyyətini müntəzəm olaraq araşdırır
- Komitənin Aparatında sənədlərin vaxtında icrası və icraya nəzarətin həyata keçirilməsi üçün müvafiq məlumatları rəhbərliyə təqdim edir
- Sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Komitənin fəaliyyəti nəticəsində yaranan bütün sənədlər daxil olmaqla işlərin ümumi nomenklatur-siyahısını tərtib edir və arxiv işinin təşkili lə bağlı digər vəzifələri yerinə yetirir
- Şöbənin iş planı və fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak edir
- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq və yerli təşkilatlar tərəfindən ölkədə və xaricdə keçirilən forum, konfrans, seminar və digər tədbirlərdə iştirak edir
- Xaricdəki diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərdə zəruri hallarda iştirak edir
- Komitənin diaspor fəaliyyəti ilə bağlı keçirilən "Zoom" konfransları və digər onlayn tədbirlərdə iştirak edir
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir
Vakant inzibati vəzifənin tutulması şərtləri
- Təhsilə dair tələblər: filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), jurnalistika, politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə 2 il iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
Müsahibə elanının tarixi
02.11.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
01.12.2026 18:00
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sənəd nəzarətçisi üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.
17 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sənəd nəzarətçisi kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Vəzifənin fəaliyyət sahəsi üzrə minimum 2 il iş stajı tələb olunur.
Rus dili B2 səviyyəsində, İngilis dili B2 səviyyəsində tələb olunur.
MS Windows, MS Office və İnternetdən yüksək səviyyədə istifadə bacarığı tələb olunur.
Filologiya, tərcümə, jurnalistika, politologiya, regionşünaslıq, hüquqşünaslıq, beynəlxalq münasibətlər və ya dövlət idarəetməsi üzrə ali təhsil tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSənəd nəzarətçisi üzrə Bakıda digər açıq elanlar.
Sənədlərin idarə edilməsini və qeydiyyatını aparır, SharePoint bilikləri tələb olunur.
Sənəd dövriyyəsini təşkil etmək və bankın daxili qaydalarına uyğun yoxlama aparmaq
Layihə sənədlərini idarə edir, sənəd nəzarəti və Aconex, SharePoint bilikləri tələb olunur.



