Vakansiya haqqında
“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “SƏTƏM” vəzifəsi üzrə vakansiya elan edir:
İş yeri: Ağdam rayonu
Vəzifə öhdəlikləri:
- Layihə sahəsində SƏTƏM inspeksiyaları aparmaq və müşahidələri yerində qeyd etmək.
- Gündəlik sahə müşahidələri əsasında uyğunsuzluqları (NCR) müəyyən etmək və izləmək.
- Düzəldici və qabaqlayıcı tədbirlərin (Corrective/Preventive Actions) həyata keçirilməsini sahədə izləmək.
- Sahədən toplanan məlumatlar əsasında SƏTƏM göstəricilərini təhlil etmək və hesabatları hazırlamaq.
- Sahədə keçirilən təlim və brifinqlərin qeydiyyatını aparmaq.
- Hadisə və qəzalarla bağlı məlumatları toplayaraq statistik təhlilini aparmaq.
- Sahədə çalışan SƏTƏM əməkdaşlarına tapşırıq və məlumatları vaxtında çatdırmaq.
- SƏTƏM prosedurlarının və təlimatlarının tətbiqini sahədə təmin etmək.
- Risk qiymətləndirmə sənədlərinin sahədə qeydiyyatını aparmaq və yeniləməsini izləmək.
- ISO 45001 və ISO 14001 standartları üzrə sahədəki sənədləri izləmək və yeniləmək.
Tələblər:
- SƏTƏM sahəsində sahə təcrübəsi (2 il)
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
- Analitik düşüncə və sistemli yanaşma.
- Sahədə aktiv işləməyi sevən, məsuliyyətli və komanda ruhlu.
- Ərazi şəraitində işləməyə hazır olmaq.
- Yaş həddi 25-50
Təminatlar:
- Könüllü tibbi sığorta.
- Şirkət nömrəsi.
Şərtlər:
- İş qrafiki 6 gün.
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “SƏTƏM” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Şirkət haqqında
Makro2000 Topluluğu’nun ilk ve lider şirketi olan Makro2000 Eğitim Teknolojileri 2000 yılında inşaat firması olarak kurulmuş ve faaliyetinin başlangıcından bu yana büyük çaplı ve yüksek teknoloji ürünü birçok uluslararası proje ile adını…
Makro 2000 — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkət ehtiyaclarına uyğun məhsul və xidmətlərin satınalma prosesini təşkil etmək üçün analitik düşüncə tələb olunur.
Şirkətin keyfiyyət siyasətini hazırlayır və ISO standartlarına uyğunluğunu təmin etmək üçün analitik bacarıq tələb olunur.




