Tikinti layihələrinin icrasını idarə edir, 15 ildən çox mühəndis-texniki təcrübəyə malikdir.
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: 5 gün
- Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
Namizədlə bağlı tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi və digər əlaqəli sahələrdə);
- Minimum 3 il təcrübə;
- Dil bilikləri: rus dili mükəmməl.
- AutoCad, Revit, Archicad, Microsoft Office programlarını bilmək;
- Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- Tikinti norma və qaydaları, müvafiq normativ-hüquqi aktlar haqqında biliklər.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Layihə rəhbərliyi və maliyyə şöbəsi ilə birgə büdcə planlamasının aparılması və xərclərin optimallaşdırılması;
- Layihələrin icrası zamanı faktiki xərclərin uçotu və təhlili;
- Tenderlərdə iştirak üçün qiymət təkliflərinin hazırlanması və iqtisadi əsaslandırılması.
Tələblərə cavab verən namizədlər mailin başlığında “Smeta üzrə mühəndis” yazmaqla CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 iyul 2026
Dillər
Russian
Son tarix
31 avqust 2026
Şirkət haqqında
Advanced Industrial Solutions
Tikinti, Bina tikintisi
AIS Azərbaycan Respublikasının yurisdiksiyasında yaradılmış 100% yerli özəl biznesdir. Biz tikinti bazarına hələ 2010-cu ilin əvvəlində müxtəlif adlar altında kiçik qruplar şəklində daxil olmuşuq.
Advanced Industrial Solutions — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb
Maaş göstərilməyib
Zəif cərəyan və avtomatika sistemlərinin layihələndirilməsinə rəhbərlik edir, AutoCAD bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



