Layihə-smeta və ekspertiza üzrə mühəndis

AFFA

Vakansiya haqqında

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA Layihə-Smeta və Ekspertiza üzrə Mühəndis vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti, yenidənqurma, əsaslı və cari təmir layihələri üzrə layihə-smeta sənədlərinin hazırlanmasını və yoxlanılmasını həyata keçirmək.
  • Layihələrin texniki, memarlıq, konstruktiv və mühəndis-kommunikasiya həllərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq.
  • Layihə üzrə tikinti-quraşdırma işlərinin həcmlərini müəyyən etmək, ölçü və hesablama işlərini aparmaq.
  • Tikinti materialları, konstruksiyalar, avadanlıqlar və digər resurslara olan tələbatı müəyyənləşdirmək.
  • Layihələr üzrə smeta hesablamalarını aparmaq, tikinti işlərinin dəyərini müəyyən etmək və smeta sənədlərini hazırlamaq.
  • Lokal smeta, resurs smetası, icmal smeta və digər smeta sənədlərinin hazırlanmasını təmin etmək.
  • Material, əmək, maşın-mexanizm və digər resurs xərclərini hesablamaq və layihənin ümumi smeta dəyərini müəyyən etmək.
  • Layihə-smeta sənədlərinin qüvvədə olan normativ-texniki sənədlərə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğunu yoxlamaq.
  • Layihə-smeta sənədlərinin ekspertizaya təqdim olunması üçün sənədlərin komplektləşdirilməsini və texniki baxımdan hazırlanmasını təmin etmək.
  • Ekspertiza prosesində layihə üzrə verilmiş irad və qeydləri qəbul etmək, təhlil etmək və aidiyyəti üzrə aradan qaldırılmasını təmin etmək.
  • Ekspertiza rəyləri və iradları əsasında layihə və smeta sənədlərinə müvafiq düzəlişlər etmək.
  • Ekspertiza qurumları, sifarişçi, layihə təşkilatları, podratçı və digər aidiyyəti təşkilatlarla layihə-smeta məsələləri üzrə yazışmalar və işgüzar əlaqələr aparmaq.
  • Layihə sənədlərində nəzərdə tutulan texniki həllərin və smeta göstəricilərinin əsaslandırılmasını təmin etmək.
  • Layihədə dəyişikliklər baş verdikdə layihə-smeta sənədlərinə müvafiq düzəlişlər etmək və smeta dəyərini yenidən hesablamaq.
  • Podratçı və subpodratçı təşkilatlar tərəfindən təqdim olunan smeta, hesablamalar, görülmüş işlərə dair aktlar və digər sənədləri yoxlamaq.
  • Faktiki yerinə yetirilmiş işlərin həcmlərini yoxlamaq və onların layihə-smeta sənədlərinə uyğunluğunu müəyyən etmək.
  • Görülmüş işlərin dəyərinin smeta göstəricilərinə uyğunluğunu təhlil etmək və aşkar edilmiş kənarlaşmalar barədə rəhbərliyə məlumat vermək.
  • Layihə üzrə əlavə işlərin və dəyişikliklərin texniki və maliyyə əsaslandırılmasını hazırlamaq.
  • Layihə-smeta sənədləri üzrə texniki-iqtisadi göstəriciləri təhlil etmək və optimallaşdırma təklifləri hazırlamaq.
  • Layihələrin ekspertizadan keçirilməsi üçün tələb olunan texniki əsaslandırmaları, arayışları, izahatları və digər sənədləri hazırlamaq.
  • Ekspertiza nəticəsində tələb olunan əlavə məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
  • Layihə və smeta sənədlərinin düzgün, tam və müəyyən edilmiş tələblərə uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
  • Layihələrin icrası zamanı yaranan layihə-smeta və texniki məsələlərin həllində iştirak etmək.
  • Layihə-smeta sənədlərinin hazırlanması və yoxlanılması zamanı AutoCAD, MS OFFICE və müvafiq smeta proqramlarından istifadə etmək.
  • Layihə-smeta sənədlərində hesablamaların düzgünlüyünə, məlumatların dəqiqliyinə və sənədlərin normativ tələblərə uyğunluğuna görə məsuliyyət daşımaq.
  • Layihə və smeta sənədlərində aşkar edilmiş uyğunsuzluqların vaxtında aradan qaldırılması üçün tədbirlər görmək.
  • Layihə-smeta və ekspertiza işlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.
  • Layihə-smeta və ekspertiza fəaliyyəti ilə bağlı hesabat, arayış, məlumat və digər xidməti sənədləri hazırlamaq.
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, daxili intizam qaydaları və digər müəyyən edilmiş tələblərə riayət etmək.

Namizədə tələblər:

  • Ali texniki və ya mühəndislik təhsili;
  • Tikinti, layihələndirmə və smeta sahəsində iş təcrübəsi;
  • Layihə-smeta sənədlərinin hazırlanması və yoxlanılması üzrə praktiki biliklər;
  • Tikinti norma və qaydaları, standartlar və normativ-texniki sənədlər üzrə biliklər;
  • Layihələrin ekspertizaya hazırlanması və ekspertiza iradlarının aradan qaldırılması üzrə təcrübə;
  • Tikinti işlərinin həcmlərinin hesablanması və smeta dəyərinin müəyyən edilməsi bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Müvafiq smeta proqramlarından istifadə bacarığı;
  • Texniki çertyojları oxuma və təhlil etmə bacarığı;
  • Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;
  • Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
  • Sifarişçi, layihəçi, podratçı və ekspertiza qurumları ilə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məxfi məlumatların qorunması və xidməti məlumatlarla düzgün işləmək bacarığı.

İş şəraiti:

  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Müxtəlif tikinti və layihələndirmə layihələrində iştirak imkanı;
  • Peşəkar bilik və bacarıqların inkişafı üçün imkanlar;

Əmək haqqı: Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

Uyğun namizədlərdən CV-lərini “Layihə-Smeta və Ekspertiza üzrə Mühəndis” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına ilə göndərməyi xahiş olunur.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

AFFA
İncəsənət, media və əyləncə, Əyləncə xidmətləri · Baku

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır.

AFFA — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Hermes-S MMC
Senior · 15+ ilBakı
Maaş göstərilməyib

Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.

Technical DocumentationQuality ControlAutoCADElectrical Engineering+9
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 15+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur

Construction ManagementTechnical DocumentationQuality ControlAutoCAD+10
Müraciət etAsan müraciətAsan müraciət
Cronos MTK
Middle · 5+ il
Maaş göstərilməyib

Tikinti layihələrinin icrasını təmin edir, keyfiyyətə nəzarət edir və 5 ildən çox təcrübə tələb olunur

Quality ControlProject DocumentationReport PreparationInventory Management+15
Müraciət etAsan müraciətAsan müraciət
ArchiCO
Senior · 15+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin icrasını idarə edir, 15 ildən çox mühəndis-texniki təcrübəyə malikdir.

Project ManagementTechnical DocumentationAutoCADTeam Management+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihə-smeta və ekspertiza üzrə mühəndis
Müraciət et