İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət edir və təhlükəsizlik təlimləri keçirir.
Vakansiya haqqında
“STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsi üzrə “SƏTƏM üzrə müfəttiş” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər uyğun ixtisaslar üzrə təhsilə üstünlük verilir);
- İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək;
- İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərinin təhlilində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
- İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək;
- Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək;
- Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə əməl olunmasına nəzarət etmək;
- Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək;
- SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirilməsi sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı - Növbəli;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təhlükəsizlik mütəxəssisi üzrə bazar adətən 1 000–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
21 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təhlükəsizlik mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
İş vaxtı növbəlidir.
İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramlarını peşəkar səviyyədə bilməlidir.
Ali təhsil, xüsusilə Əməyin mühafizəsi, texniki və mühəndislik ixtisasları üstünlük təşkil edir.
CV-lər mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq elektron poçt ünvanına və https://stpcareer.com səhifəsinə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhlükəsizlik mütəxəssisi üzrə Sumqayıtda digər açıq elanlar.
Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə tədbirləri koordinasiya edir, risk qiymətləndirmə bacarığı tələb olunur.
Əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi üzrə tədbirlər görür, ISO standartlarını bilir.
Əmək mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, 2-3 il təcrübə tələb olunur.




