Elektrik avadanlıqlarının işlək vəziyyətdə saxlanmasını və texniki xidmətini təmin etmək üçün elektrik mühəndisliyi bilikləri tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Qara və əlvan metalların mexaniki emalı üzrə istehsal texnologiyalarını hazırlamaq və təkmilləşdirmək;
- Yeni məhsulların istehsalı üçün texnoloji prosesləri layihələndirmək;
- Prototiplərin hazırlanması və sınaq mərhələlərində iştirak etmək;
- CAD/CAM proqramları vasitəsilə CNC dəzgahları üçün yüksək dəqiqlikli proqramlar hazırlamaq;
- Texnoloji sənədləri, istehsal marşrutlarını və iş təlimatlarını hazırlamaq və yeniləmək;
- İstehsalatda yaranan texniki problemləri araşdırmaq və həlli istiqamətində təkliflər vermək;
- İstehsalın səmərəliliyinin artırılması, xərclərin və qüsurların azaldılması üzrə texnoloji təkmilləşdirmələr aparmaq;
- İstehsal avadanlıqları, alətlər və qurğular üzrə texniki tələbləri müəyyənləşdirmək.
Tələblər
- Cihazqayırma, Xüsusi Texnika və Texnologiyalar, Maşınqayırma mühəndisliyi və ya uyğun sahə üzrə ali texniki təhsil;
- CNC və universal dəzgahlarla işləmək sahəsində minimum 5 il iş təcrübəsi;
- Tornalama, frezləmə, tel eroziya və dalma emalı prosesləri üzrə biliklər;
- CAD/CAM proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Texniki çertyojları və istehsalat sənədlərini sərbəst oxumaq və təhlil etmək bacarığı;
- Ölçmə alətlərindən istifadə bacarığı, yüksək dəqiqlik və məsuliyyət.
- Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi
- Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
- İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
50 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinə tabe “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət müəssisəsidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir.
Həftədə 5 gün, saat 09:00–18:00 arasıdır.
20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
CNC və universal dəzgahlarla işləmək sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
MEP layihələrinin idarə olunmasını və koordinasiyasını həyata keçirir, 5 ildən çox təcrübə tələb olunur.
Zəif axım sistemlərinin layihələndirilməsi və koordinasiyası üçün elektrik və MEP bilikləri tələb olunur
Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur




