Vakansiya haqqında

Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC

Vəzifı öhdəlikləri:

  • Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə yetirmək;
  • İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
  • Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək;
  • PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların sazlanmasını təmin etmək;
  • Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsini aparmaq;
  • Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq;
  • Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanmasını həyata keçirmək;
  • Elektrik avadanlıqlarının diaqnostikası, test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək;
  • İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görmək;
  • Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra etməmək.

Texniki və nəzəri biliklər

  • Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməli;
  • Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli;
  • Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı;
  • Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini bilməli;
  • PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməli;
  • Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı;
  • Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik olmalı;
  • Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməli;
  • Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli.

Biz nə təklif edirik:

  • İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat
  • İş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Elektrik-elektronçu” qeyd edilməlidir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Sumqayıt
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 oktyabr 2026
Son tarix
8 noyabr 2026
Baxış
31

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

48 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku
Azersun Holding — bütün vakansiyalar

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Sumqayıt şəhərində, Bakı Qida və Yağ Fabriki MMC-dədir.

İş 3 növbəli qrafiklədir: 07:00–15:00, 15:00–23:00, 23:00–07:00.

Şirkət tərəfindən nahar təmin olunur.

Şirkət tərəfindən servis xidməti təmin olunur.

Əməkhaqqı təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətlidir.

CV-nizi email vasitəsilə göndərin, mövzu hissəsində “Elektrik-elektronçu” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.

SAMT
Middle · 3+ ilSumqayıt
Maaş göstərilməyib

Mexaniki avadanlıqların təhlükəsiz işləməsinə nəzarət edir və texniki xidmət göstərir.

Preventive MaintenanceMechanical RepairTechnical DocumentationMechanical Equipment Maintenance+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Energy Monitoring MMC
MiddleSumqayıt
Maaş göstərilməyib

Generatorların quraşdırılması, işə salınması və servis işlərini həyata keçirən təcrübəli texniki usta.

Electrical Systems InstallationElectrical Schematics ReadingFault diagnosis and repairTechnical Reporting
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
As technologies
Middle · 4+ ilBakı

İT texnik

800–1 200₼

Nəzarət sistemlərinin İT hissəsinin quraşdırılmasını və texniki komanda idarəetməsini həyata keçirir, 4 il təcrübə tələb olunur.

Access control system installationIP camera system installationNetwork ConfigurationServer Management+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektrik-elektronçu
Müraciət et