İstehsalatda elektrik və avtomatika sistemlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirir.
Vakansiya haqqında
İş yeri: Sumqayıt,Xızı
İş qrafiki: Növbəli iş qrafiki
Vəzifə öhdəlikləri
- Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək, gündəlik baxışlar aparmaq;
- Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
- Avadanlıqlarda nasazlıqları, sızma, vibrasiya və digər problemləri vaxtında müəyyən edib aradan qaldırmaq;
- Filtr, klapan, podşipnik, mufta, kəmər və digər mexaniki hissələrin texniki xidmətini və dəyişdirilməsini həyata keçirmək;
- Su hazırlama, kondensat və soyudulmuş su sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
- Planlı-preventiv texniki xidmət və təmir işlərini qrafikə uyğun yerinə yetirmək;
- Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yenidən yığılmasını həyata keçirmək;
- Vibrasiya, temperatur, ultrasəs və digər texniki ölçmələrdə iştirak etmək;
- Görülən texniki xidmət və təmir işlərini müvafiq jurnallarda qeyd etmək;
- Kinematik, pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq;
- Təkrarlanan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qarşısının alınması üçün tədbirlər təklif etmək;
- Əməyin mühafizəsi, LOTO və müəssisədaxili təhlükəsizlik qaydalarına riayət etmək.
Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə:
- Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək;
- İstehsalat mexanika texnik kimi təcrübə - 3 il;
- Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
- Avadanlıqlarda nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Planlı-preventiv texniki xidmət və təmir işlərini həyata keçirmək;
- Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək;
- Vibrasiya, temperatur, sızma və digər texniki göstəricilərə nəzarət etmək;
- Pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq;
- Görülmüş işləri texniki xidmət jurnallarında qeyd etmək;
- Əməyin mühafizəsi, LOTO və təhlükəsizlik qaydalarına riayət etmək.
Təklif edirik:
- Nahar təminatı
- Sığorta təminatı
- Servis/daşınma xidməti
Maraqlanan namizədlər CV-lərini “Köməkçi qurğular üzrə texnik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.
49 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt, Xızıdır.
Növbəli iş qrafikidir.
İstehsalat mexanika texniki kimi 3 il təcrübə tələb olunur.
CV-lər “Köməkçi qurğular üzrə texnik” başlığı ilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNahar, sığorta və servis/daşınma xidməti təmin edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.
Layihə-smeta sənədlərinin hazırlanması və smeta işlərinin aparılması üçün texniki mühəndis axtarılır.
Generatorların quraşdırılması, işə salınması və servis işlərini həyata keçirən təcrübəli texniki usta.
Klinikalarda və kosmetologiya mərkəzlərində avadanlıqların quraşdırılması və texniki baxımına dəstək verir, elektronika bilikləri tələb olunur.




