Tikinti layihələrinin texniki sənədləşdirilməsini və işlərin planlaşdırılmasını həyata keçirir, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Retail obyektləri üzrə MEP işçi layihələrinin (HVAC, elektrik, santexnika, zəif axın) hazırlanması;
- Yeni obyektlərin açılışı, renovasiya və modernizasiya üzrə CAPEX layihələrinin planlanması və icrası;
- Layihələrin texniki və iqtisadi baxımdan optimallaşdırılması (value engineering);
- AutoCAD (və ya Revit) üzərindən işçi çertyojların, sxemlərin və texniki həllərin hazırlanması;
- Layihə üzrə BOQ, smeta və investisiya büdcəsinin hazırlanması, xərc və müddət nəzarəti;
- Podratçı və subpodratçılar üçün texniki tapşırıqların hazırlanması və koordinasiyası;
- Sahədə icra olunan işlərin işçi layihələrə, texniki şərtlərə və normativlərə uyğunluğuna nəzarət;
- Layihə dəyişikliklərinin (variation) texniki və maliyyə təsirinin təhlili;
- Texniki hesabatların, icra sənədlərinin və CAPEX üzrə aylıq hesabatların hazırlanması;
- Obyektlərin təhvil-təslimi və istismara hazırlıq mərhələsində iştirak;
- Uzunmüddətli istismar və OPEX xərclərinin azaldılmasına yönəlik texniki həllərin tətbiqi.
Tələb olunan bilik və bacarıqlar:
- HVAC, elektrik və santexnika sistemləri üzrə dərin texniki biliklər;
- Layihə oxuma, shop drawing və texniki sənədlərlə sərbəst işləmə bacarığı;
- Büdcə planlaması, BOQ, smeta və xərc nəzarəti üzrə biliklər;
- MEP işçi layihələrinin hazırlanması üzrə praktik təcrübə (mütləqdir);
- Texniki normativlər və standartlar (SNİP, EN, ISO və s.) barədə anlayış;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı (Revit biliyi üstünlükdür);
- Analitik düşüncə, planlama və məsuliyyətli qərarvermə bacarığı;
- Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.
Tələblər:
- Ali təhsil (Mexanika, Elektrik və ya əlaqəli mühəndislik ixtisası üzrə);
- Retail və ya kommersiya obyektləri üzrə MEP layihələri və CAPEX işlərində minimum 3 il təcrübə;
- Şəxsi avtomobilinin olması üstünlükdür;
- Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “MEP üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 750 ₼ ödəyir, median — 1 040 ₼.
44 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Aşıq Molla Cümə küç. 46 D ünvanındadır.
İş qrafiki tam iş günü, həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Retail və ya kommersiya obyektləri üzrə MEP layihələri və CAPEX işlərində minimum 3 il təcrübə tələb olunur.
AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı tələb olunur, Revit biliyi üstünlükdür.
CV-lər mövzu hissəsində “MEP üzrə mühəndis” yazılmaqla elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Texniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətini həyata keçirir, 3 il təcrübə tələb olunur.
Avtomatika sistemlərinin layihələndirilməsi və PLC proqramlaşdırılması üzrə 3 il təcrübəsi olan mühəndis.
İzolyasiya işlərinin təşkilinə və keyfiyyətinə nəzarət edir, 3-5 il təcrübə tələb olunur.




