Tikinti layihələrinin texniki sənədləşdirilməsini və işlərin planlaşdırılmasını həyata keçirir, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
Tələblər:
- Cins: kişi
- Yaş həddi: 25–45 yaş
- Ali texniki təhsil
- Müvafiq texniki sahədə minimum 3 il iş təcrübəsi
- Mexaniki, elektrik və elektromexaniki avadanlıqlar üzrə texniki biliklər
- Avadanlıqların diaqnostikası, texniki xidməti və təmiri üzrə təcrübə
- Texniki sənədlər və manuallarla işləmək bacarığı
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində işgüzar ünsiyyət və texniki təlimlərdə iştirak edə biləcək səviyyədə bilik
- Kompüter proqramlarında işləmək bacarığı
- Texniki düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
Öhdəliklər:
- Servis avadanlıqlarının saz və fasiləsiz işləməsini təmin etmək
- Dövri texniki xidmətləri planlaşdırmaq və həyata keçirmək
- Nasazlıqları müəyyən etmək, texniki həllər tapmaq və təmir işlərini təşkil etmək
- Ehtiyat hissələri və sərfiyyat materiallarının sifarişini və vaxtında dəyişdirilməsini təmin etmək
- Avadanlıqların kalibrlənməsi və proqram yeniləmələrini həyata keçirmək
- Avadanlıq siyahılarını, texniki sənədləri və təmir tarixçəsini sistemli şəkildə aparmaq
- Yerli və xarici istehsalçıların texniki təlimlərində, o cümlədən xaricdə keçirilən təlim proqramlarında iştirak etmək və əldə olunan bilikləri iş prosesində tətbiq etmək
- Yeni alət və avadanlıq ehtiyaclarını müəyyən etmək və müvafiq hesabatlar hazırlamaq
İş şəraiti:
- İş saatı: 09:00–18:00
- Nahar şirkət tərəfindən qarşılanır
- İş rejimi: Həftənin 6 günü (şənbə – qısa iş günü), bazar – istirahət
- İş yeri: Babək pr., M.H. Kazımov küç., 8
- Əmək haqqı: 1800–2000 AZN
- Şirkət: Radius Təkər Mərkəzi
Maraqlanan namizədlər CV-ni “Məhsul meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Texniki mühəndis üzrə bazar adətən 800–1 750 ₼ ödəyir, median — 1 040 ₼.
44 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Radius - 100% milli brenddir və Avtomobil Təkər Mərkəzlərinin şəbəkəsi kimi nəzərdə tutulub. Radius müştərilərinə xidmətlərin keyfiyyətli icrası, məhsul çeşidi, şinlər və avtomobil ilə bağlı tövsiyələrini təklif edir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 09:00–18:00, həftənin 6 günü, şənbə qısa iş günü, bazar istirahətdir.
İş yeri Babək prospekti, M.H. Kazımov küçəsi, 8 ünvanındadır.
Əmək haqqı 1800–2000 manat aralığındadır.
Ali texniki təhsil, müvafiq sahədə minimum 3 il təcrübə və texniki biliklər tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Retail obyektləri üçün MEP layihələr hazırlayır və CAPEX layihələrini planlayır, 3 il təcrübə tələb olunur.
Yanğın siqnalizasiya sistemlərinin quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirir, müvafiq texniki bilik tələb olunur.
Klinikalarda və kosmetologiya mərkəzlərində avadanlıqların quraşdırılması və texniki baxımına dəstək verir, elektronika bilikləri tələb olunur.




