Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.
Vakansiya haqqında
Əsas vəzifələr
- Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək;
- Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək;
- Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
- İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək;
- Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq;
- Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək;
- Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək;
- Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək;
- Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək;
- Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq;
- Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək.
Tələblər
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir;
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
- Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi;
- Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə;
- Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar;
- Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı;
- Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər;
- Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
50 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes cameəsində özünü təsdiqləyib və dəyər verən…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Qarabağ bölgəsində yerləşir.
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
İnşaat mühəndisliyi üzrə ali təhsil və müvafiq diplom mütləqdir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Qarabağda digər açıq elanlar.
Memarlıq cizgilərinə əsaslanaraq konstruktiv layihələrin hazırlanması və tikinti işlərinə nəzarət tələb olunur
Dəmir-beton və metal konstruksiyaların icrasını təşkil edir, sahədə 3 il təcrübə tələb olunur.
Layihə sənədlərinin hazırlanması və texniki problemlərin həlli üzrə 3-5 il təcrübəli mühəndis.




