Vakansiya haqqında

Şöbə: Texniki Ofis

Tabelik: Texniki Ofis Rəhbəri

İş rejimi: Bazar ertəsi – Cümə

Vəzifənin məqsədi

  • Şirkət tərəfindən icra olunan tenderlərdə və mövcud layihələrdə texniki və smeta-qiymətləndirmə işlərini yüksək dəqiqliklə aparmaq, layihələrin büdcə, resurs və icra qrafiklərinə uyğun olaraq texniki ofisdən idarə olunmasına dəstək vermək, sahə ilə sənədləşmə axınını tənzimləmək və hədəflənən nəticələrin əldə olunmasını təmin etmək.

Vəzifə öhdəlikləri

  • Tender və cari layihələr üzrə layihə sənədlərini və çertyojları analiz edərək iş həcmlərini (BoQ) və ilkin smetaları hazırlamaq.
  • Layihələrdə istifadə olunacaq material, işçilik və texniki resurs tələbatını öncədən proqnozlaşdırmaq, planlamaq və hədəf büdcəyə uyğunluğunu nəzarətdə saxlamaq.
  • Materialların faktiki sərfiyyatı ilə layihə normalarını müqayisəli şəkildə təhlil etmək və limitlərin qorunmasını təmin etmək.
  • Tikinti texnologiyasına uyğun olaraq işlərin tətbiq ardıcıllığını müəyyən etmək və İşlərin İcra Metodologiyasını (Method Statement / MOS) hazırlamaq.
  • Aylıq iş icrası aktlarını (IPC / Forma 2), Forma 3 və materialların silinməsi sənədlərini (Forma M-29) vaxtında tərtib edib təsdiqə təqdim etmək.
  • Subpodratçıların və təchizatçıların təqdim etdiyi qiymət təkliflərini, smetaları və yerinə yetirilmiş iş aktlarını yoxlamaq, sahə üzrə faktiki həcmlərlə uzlaşdırmaq.
  • Layihə gedişatında baş verən dəyişiklikləri (Variation Order) izləmək, əlavə iş həcmlərini və onların maliyyə-texniki əsaslandırmasını hazırlamaq.
  • Sahə mühəndisləri və əlaqədar departamentlərlə sıx koordinasiyada işləyərək texniki sualların operativ həll olunmasını və işlərin qrafikə uyğun irəliləməsini təmin etmək.
  • Layihələrin cari vəziyyəti, icra faizləri, resurs və smeta xərcləri üzrə dövri (həftəlik/aylıq) hesabatları hazırlayıb Texniki Ofis Rəhbərinə təqdim etmək.

Tələblər

  • İnşaat Mühəndisliyi üzrə ali təhsil.
  • Tikinti sektorunda Texniki Ofis Mühəndisi kimi minimum 3–5 il iş təcrübəsi.
  • Layihələr əsasında iş həcmlərinin və smetaların peşəkar səviyyədə çıxarılması bacarığı.
  • Tikinti konstruksiyalarını, işlərin texnoloji ardıcıllığını dəqiq analiz etmək və İşlərin İcra Metodologiyasını (MOS) tətbiq etmək təcrübəsi.
  • AutoCAD proqramında çizimləri sərbəst oxumaq və həcm hesablamaq bacarığı.
  • MS Excel proqramında mürəkkəb smeta cədvəlləri, düsturlar və hesabat formaları ilə yüksək səviyyədə işləmək bacarığı.
  • MS Project və ya Primavera P6 üzrə ümumi planlama və analitika bilikləri.
  • Forma 2, Forma 3, M-29 və IPC (Progress Payment) sənədləşmə prosedurlarını mükəmməl səviyyədə bilmək.
  • Yüksək punktuallıq, vaxtın idarə olunması və tapşırıqları müəyyən edilmiş son tarixlərə (deadline) tam uyğun şəkildə təhvil vermək vərdişi.

Güclü analitik düşüncə, rəqəmlərlə dəqiq işləmək qabiliyyəti və detallara yüksək diqqət. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Son tarix
2 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
95

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 900 ₼ ödəyir, median — 1 225 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

65 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

BMY Caspian MMC
Construction · Bakı
BMY Caspian MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Bazar ertəsindən cüməyə qədər işlənir.

Tikinti sektorunda 3-5 il texniki ofis mühəndisi kimi təcrübə tələb olunur.

Bakı şəhərindədir.

CV-ni vakansiyanın adını mövzu hissəsində qeyd etməklə elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Bakıda digər açıq elanlar.

Aqroman
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

Layihə sənədlərinin hazırlanması və texniki problemlərin həlli üzrə 3-5 il təcrübəli mühəndis.

Project DocumentationReport PreparationAutoCADTechnical Problem Solving+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Avrasya Baku İnşaat
Middle · 5+ ilBakı
2 500–3 000₼

Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur

Construction SupervisionProject ManagementQuantity SurveyingAutoCAD+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Buxar Mühəndislik
Middle · 2+ ilBakı
1 500–1 700₼

Layihəçi mühəndis kimi texniki hesablamalar aparır və AutoCAD-də çertyojlar hazırlayır

AutoCADMicrosoft OfficeTechnical DrawingTechnical calculations+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki ofis mühəndisi
Müraciət et