Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri;

Vəzifə haqqında məlumat:

  • Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Masallı rayonu üzrə Qəza-bərpa xidməti
  • Vəzifənin adı: Usta
  • Dərəcə (ƏÖD): 10
  • Əmək haqqı: 988 AZN (Vergi və digər ödənişlər daxil olmaqla)
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: İş növbəlidir

    1-ci növbə: səhər saat 8:00 - axşam saat 20:00
    2-ci növbə: axşam saat 20:00 - səhər saat 8:00
    Sonrakı 2 gün evdə

  • İş yerinin ünvanı: Masallı şəhəri, M.Talışxanov küçəsi 1

Vəzifə funksiyaları;
  • Qaz təchizatında yaranan problemlərlə əlaqədar məlumatları qəbul etmək, ötürmək və müvafiqtədbirlərin həyata keçirilməsi üçün sifarişlərin aidiyyatı üzrə icra edilməsini həyata keçirmək;
  • Partlayış, zəhərlənmə, yaşayış yerlərinə və ya digər binalara, tikililərə, yeraltı və yerüstü qurğulara qazsızması haqqında, qaz kəmərlərindən, qaz paylayıcı və tənzimləyici məntəqələrin avadanlıqlarından,qazanxana və kommunal-məişət obyektlərindən qaz sızması ilə bağlı qəzalar haqqında məlumatlarəsasında, eləcə də yaşayış yerlərinin girişində, bloklarda qaz iyinin aşkar edilməsi ilə bağlı verilənsifarişlərə əsasən, bu sifariş və ya məlumat alınan andan təchizat tabelinə əsasən alət, material, cihazlatəmin olunmuş qəza avtomaşını ilə bərpa briqadasının qəza və ya hadisə yerinə çatdırmaq, sızmanınmənbəyini aşkar etmək və hadisə yerində ilkin təhlükəsizlik qaydalarının yerinə yetirilməsi və sızmanınaradan qaldırılması mümkün olmadıqda müvəqqəti qarşısını almaq;
  • Qəzaların aradan qaldırılması işləri aparılarkən qaz şəbəkəsindən ayrılmış avadanlıqların və kəmərlərinyenidən şəbəkəyə qoşulmasını təmin etmək, qurğularda qaz sızması aradan qaldırıldığı və qazın tikili vəquyulara dolmasının qarşısının alındığı andan qəza-bərpa işlərini başa çatdırmaq;
  • İdarə və təşkilatların sifarişi ilə onlara qaz verilməsini xarici qurğular (bu idarə və təşkilatların ərazisindənkənarda yerləşən quyularda olan siyirtmələr) vasitəsilə təmin etmək;
  • Lazım оlan işlərin tеxniki sənədlərini tərtib еtmək;
  • Fəhlə briqadasını avadanlıq və alətlərin tеxniki istismar qaydaları ilə tanış etmək, təhlükəsiz mеtоdlarlaişləmək üçün bilavasitə iş yеrlərində fəhlələri təlimatlandırmaq;
  • Avadanlığın vəziyyətinə və təyin оlunmuş tələblərə, qüvvədə оlan nоrmalara, qayda və standartlarauyğun istismar olunmasına nəzarət еtmək;
  • Xidməti avtomobilin texniki vəziyyətinin saz olması və təyinatı üzrə idarə olunmasını həyata keçirmək;
  • Xidməti ərazidə qaz xətlərinə, onların üzərində quraşdırılan avadanlıqlara, ölçü cihazlarına bütün növmüdaxilələrin - qaz xətləri, qaz sayğacları və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi,təmiri, əlavə qaz cihazlarının quraşdırılması və bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərgörmək. Müdaxilə, qanunsuz yerdəyişmə, quraşdırmalar aşkarlandığı təqdirdə dərhal xidmət rəhbərliyinəməlumat vermək və aşkar etdiyi nöqsan, müdaxilə, qanunsuz yerdəyişmə və quraşdırmalarınkoordinatının şəklini hadisə baş verən yerdən aidiyyatı üzrə öz xidmət rəisinə operativ təqdim etmək;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi vəyanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindəntəsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdərəhbər tutmaq.
Bilməlidir;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
  • Qaz təchizatçılarından qaz qəbul edilən məntəqələrin adlarını, ünvanlarını;
  • İri istehlakçıların adlarını, qaz xətlərinin sxemlərını;
  • Kompressor stansiyaların texniki xarakteristikalarını;
  • QPS-lərin siyahısını;
  • Xidmət göstərdiyi ərazidə istehlakçıların təbii qazla normal və təhlükəsiz təchizatını təmin etmək üçün istismarolunan qaz kəmərlərinin sinfini və növlərini;
  • Yanğından mühafizə, gigiyena və sanitariya qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər;
  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • Ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
Digər məlumatlar;
  • Tibbi sığorta - təmin edilir
  • İş yerinə çatdırılma - təmin edilmir
  • Son müraciət tarixi -28.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Masallı, M.Talışxanov küçəsi 1
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
988 ₼
Yerləşdirilib
26 oktyabr 2026
Son tarix
28 oktyabr 2026
Baxış
77

Maaş bazarla müqayisədə

Texniki mühəndis üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 200 ₼.

bu vakansiya · 988 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

59 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Masallı şəhəri, M.Talışxanov küçəsi 1 ünvanında yerləşir.

İş növbəlidir: 1-ci növbə 08:00-20:00, 2-ci növbə 20:00-08:00, sonra 2 gün evdə istirahət.

Əmək haqqı 988 manatdır, vergi və digər ödənişlər daxil olmaqla.

Hər faktiki işlədiyi iş gününə görə 5 manat yemək xərci ödənilir.

Ali təhsil varsa 1 il, orta ixtisas təhsili varsa 3 il, ixtisas sahəsi uyğun deyilsə 5 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Masallıda digər açıq elanlar.

Anadolu Restoranlar şəbəkəsi
Middle · 8–10 ilBakı
1 200₼

Restorandakı texniki avadanlıqların və sistemlərin saz vəziyyətdə saxlanmasını təmin edir, 8-10 il təcrübə tələb olunur.

Technical Equipment MaintenanceElectrical Systems MaintenanceVentilation system maintenanceAir conditioning system maintenance+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Pro Con izo MMC
Middle · 3–5 ilBakı
1 200₼

İzolyasiya işlərinin təşkilinə və keyfiyyətinə nəzarət edir, 3-5 il təcrübə tələb olunur.

Quality ControlTechnical Documentation ReadingWork SchedulingTechnical Reporting+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azerenerji
MiddleAbşeron
1 040₼

Avadanlıqların texniki işini təmin edir və avtomatika problemlərini diaqnostika edir

Electrical Equipment OperationPLC knowledgeGrounding Systems
Müraciət et
As technologies
Middle · 4+ ilBakı
800–1 200₼

Nəzarət sistemlərinin İT hissəsinin quraşdırılmasını və texniki komanda idarəetməsini həyata keçirir, 4 il təcrübə tələb olunur.

Access control system installationIP camera system installationNetwork ConfigurationServer Management+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
988 ₼
Usta
Müraciət et