İsitmə, soyutma və nasos sistemlərinin texniki baxışını və təmirini həyata keçirmək üçün 2-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
SOCAR-da karyeranıza doğru ilk addım
Vakansiyanın təsviri:- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Bakı Regional Qaz İstismarı İdarəsi
- Struktur vahidi: Yasamal rayonu üzrə Sayğac əməliyyatları xidməti
- Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər
- Dərəcə (ƏÖD): 05
- Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
- İş yerinin ünvanı: Yasamal rayonu
- Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini, o cümlədən yararsız, işləməyən, müdaxilə və müraciət əsasında sayğacların əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək;
- Sayğaclara və nəzarət-ölçü cihazlarına texniki baxış keçirmək, aşkar edilmiş qüsurların qeydiyyatını aparmaq, cihazların təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini həyata keçirmək, həmçinin göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğularının quraşdırılmasını təmin etmək;
- Cihazların işində yaranan qüsurları aşkar etmək və aradan qaldırmaq, texniki baxışların nəticələrinə əsasən zəruri tədbirləri həyata keçirmək;
- Xidmət göstərdiyi inzibati ərazidə müəyyən edilmiş müddətlərdə istehlakçıların sayğac göstəricilərini aylıq olaraq qeydiyyata almaq, məlumatları aidiyyəti üzrə təqdim etmək və abonentlərə kağız və SMS bildirişlər təqdim etmək;
- Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşrutu üzrə plana uyğun və plandan kənar texniki baxışlar keçirmək, baxışların nəticələrinə əsasən qaz sızmalarının qarşısını almaq, qaynaq tələb olunan sızmalar barədə məlumatları müvafiq komandaya təqdim etmək;
- Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək, Kommersiya şöbəsi tərəfindən təqdim edilmiş siyahılar əsasında debitor borclu abonentlərin qaz təminatını dayandırmaq və qaz təminatını bərpa etmək;
- Qaynaqla qaz kəsimi prosesində iştirak etmək və xidmət göstərdiyi ərazidə qaz xətlərinə, qaz sayğaclarına, qaz cihazlarına və digər avadanlıqlara bütün növ qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
- Qaz xətlərinin, qaz sayğaclarının və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və digər qanunsuz müdaxilələr aşkar edildikdə, dərhal xidmət rəhbərliyinə və 104 nömrəli telefon xəttinə operativ məlumat vermək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena və yanğından mühafizə norma və qaydalarına riayət etmək, görülən işlər zamanı təhlükəsizlik tələblərini təmin etmək;
- Abonentlərə xidmət göstərərkən mülayim, səmimi və etik davranış qaydalarına riayət etmək.
- Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını;
- Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
- Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
- Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
- Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını;
- Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini;
- “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı;
- İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
- Təhsil: tam orta təhsil;
- İş təcrübəsi: tələb edilmir.
- Əmək fəaliyyəti dövründə stajkeçmə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
- Tibbi sığorta: təmin edilir;
- İş yerinə çatdırılma: təmin edilmir.
- Son müraciət tarixi: 26.11.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki xidmət üzrə texnik üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
21 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki xidmət üzrə texnik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Tam iş vaxtı, 5 günlük iş həftəsi, həftədə 40 saatdır.
Saatlıq əmək haqqı 4.33 ₼, vergi və digər ödənişlər daxil olmaqladır.
Hər faktiki işlədiyi iş gününə görə 5 ₼ yemək xərci ödənilir.
Tam orta təhsil tələb olunur.
İş təcrübəsi tələb edilmir, amma stajkeçmə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Bəli, tibbi sığorta təmin edilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki xidmət üzrə texnik üzrə Bakıda digər açıq elanlar.
Otaqlarda təmir və bərpa işləri aparır, əsasən santexnika və texniki baxış tələb olunur
Texniki avadanlıqların quraşdırılması, təmiri və profilaktik xidmətini həyata keçirmək üçün təcrübəli mütəxəssis.
Liftlərin elektrik və mexaniki nasazlıqlarını aradan qaldırmaq üçün elektromexanik bilik tələb olunur

