Tikinti layihələrini idarə edir, komanda və resursları koordinasiya edir, 7 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata keçirmək;
- İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək;
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun icrasını təmin etmək;
- Layihələrin təsdiq edilmiş iş qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
- Tikinti sahələrində işçi qüvvəsi, texnika, avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək;
- Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;
- Layihə üzrə yaranan texniki və təşkilati problemlərin operativ həllini təmin etmək;
- Tikinti sahələrində əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi;
- İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi;
- Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər;
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər;
- Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması üzrə təcrübə;
- Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı;
- AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı;
- Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya rəhbərlik və koordinasiya bacarıqları;
- Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti;
- B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tikinti layihə meneceri üzrə bazar adətən 2 000–3 500 ₼ ödəyir, median — 3 500 ₼.
7 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tikinti layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi tələb olunur.
AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı tələb olunur.
İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil tələb olunur.
B kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Namizədlər öz CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTikinti layihə meneceri üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrini idarə edir, infrastruktur və suvarma sistemləri üzrə 10 ildən çox təcrübə tələb olunur
HBI layihəsinin tikintisini idarə edir, 16 ildən çox tikinti və layihə təcrübəsi tələb olunur.
Tikinti sahəsində köməkçi menecer kimi kərpic və daş işlərini idarə etmək bacarığı tələb olunur



