Məlumatların analizi, hesabatların hazırlanması və SQL, Power BI bilikləri tələb olunur
1C məlumatlar administratoru
Vakansiya haqqında
İşçiyə qoyulan tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- 1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 3 il iş təcrübəsi;
- 1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür;
- MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
- Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.
Vəzifə öhdəlikləri:
- Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması;
- 1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
- İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
- Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət;
- Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması;
- 1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması;
- Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət;
- Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması;
- Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi.
İş şərtləri:
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar.
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “1C Data Admin” başlığı ilə göndərə bilərlər.
Qeyd: Mövzuda vakansiya adı qeyd olunmadığı halda müraciətinizə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin…
Agro-West DC MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə aparıcı mütəxəssis proqram həllərinin tətbiqi və texniki rəhbərlik edir.
1C proqram təminatı üzrə proqramçı kimi konfiqurasiyaların hazırlanması və təkmilləşdirilməsi tələb olunur
Texnika və avadanlıqların fasiləsiz işləməsini təmin etmək üçün servis komandasını idarə edir və texniki bilik tələb olunur




