Rəqəmsal dələduzluğa qarşı mübarizə sistemləri üzrə proqramçı

Birbank

Vakansiya haqqında

Bu rolda kart əməliyyatları və ödəniş kanalları üzrə rəqəmsal dələduzluğun qarşısının alınması üçün texniki həllərin hazırlanmasında və inkişaf etdirilməsində iştirak edəcəksən. Fraud ssenarilərinin sistemlərə inteqrasiyası, avtomatlaşdırılmış qərarvermə mexanizmlərinin qurulması və mövcud sistemlərin optimallaşdırılması vasitəsilə ekosistemin ödəniş xidmətlərinin təhlükəsizliyinə və etibarlılığına töhfə verəcəksən.

Vəzifə öhdəlikləri

  • Kart əməliyyatları və ödəniş kanallarının təhlükəsizliyini təmin edən sistemləri təhlil etmək, mövcud çatışmazlıqları müəyyən etmək və təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Daxili informasiya sistemlərinin və tətbiqlərin hazırlanmasını, inkişafını və texniki dəstəyini təmin etmək;
  • Mövcud sistemlər üzrə dəyişikliklərin (Enhancement, Change Request) texniki icrasını həyata keçirmək;
  • Analitika və digər struktur bölmələr tərəfindən hazırlanmış Fraud ssenarilərini (Rules) və nəzarət mexanizmlərini sistemlərə inteqrasiya etmək;
  • Rule Engine, Scoring və avtomatlaşdırılmış qərarvermə mexanizmlərini qurmaq və optimallaşdırmaq;
  • Sistemlərarası inteqrasiyaları (API, Batch, Real-time) qurmaq və məlumat axınlarının düzgün işləməsini təmin etmək;
  • Tranzaksiya sistemlərində real və real vaxta yaxın rejimdə (Real-time və Near Real-time) nəzarət mexanizmlərini tətbiq etmək;
  • Sistem nasazlıqlarını və insidentləri araşdırmaq, kök səbəblərini müəyyən etmək və aradan qaldırmaq;
  • Sistemlərin performansını izləmək və optimallaşdırmaq;
  • Yeni texniki həllərin tətbiqi zamanı sistemlərarası uyğunluğu təmin etmək;
  • Texniki sənədləri (Technical Documentation, API Documentation, System Design) hazırlamaq və aktuallığını qorumaq;
  • Versiyaların idarə edilməsi, sistem dəyişiklikləri və Deployment proseslərində iştirak etmək;
  • Məlumatların bütövlüyünü, sistemlərin sabitliyini və təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək;
  • Təşəbbüskarı olduğu və ya istifadə etdiyi modellər üzrə məsuliyyət daşımaq.

Tələblər

  • Ali təhsil;
  • Software Development, System Engineering və ya əlaqəli texniki istiqamətlər üzrə minimum 3 il iş təcrübəsi;
  • Bank və ya FinTech sektorunda iş təcrübəsi;
  • İnformasiya sistemlərinin və tətbiqlərin hazırlanması, inkişafı və texniki dəstəyi üzrə bilik və bacarıqlar;
  • SQL və verilənlər bazaları ilə işləmək bacarığı;
  • Rule Engine, Scoring və avtomatlaşdırılmış qərarvermə mexanizmləri üzrə biliklər;
  • API, Batch və Real-time inteqrasiyalar üzrə bilik və bacarıqlar;
  • Fraud risklərinin qarşısının alınması üçün istifadə olunan proqram təminatları üzrə biliklər;
  • Sistem nasazlıqlarının araşdırılması və kök səbəb analizi (Root Cause Analysis) aparmaq bacarığı;
  • Version Control, Change Management və Deployment prosesləri üzrə biliklər;
  • Texniki sənədləşmənin hazırlanması bacarığı;
  • MS Office proqramları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • Dəyişən mühitə çevik adaptasiya;
  • Python və ya digər proqramlaşdırma dilləri üzrə biliklər üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
11 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
55

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət etmək üçün elan üzərindən yönləndirmə vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

AI avtomatlaşdırma üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal dələduzluğa qarşı mübarizə sistemləri üzrə proqramçı
Müraciət et