Enerji və kommunal sahələr üçün AI və maşın öyrənmə həllərini inkişaf etdirmək və tətbiq etmək.
Süni intellekt üzrə aparıcı mühəndis
Vakansiya haqqında
Təsvir
İRİA və dövlət qurumları üçün ortaq AI xidmətləri üzrə mürəkkəb həlləri təsdiqlənmiş arxitektura əsasında hazırlamaq, mühəndislik icrasına texniki liderlik etmək və həllərin təhlükəsiz, miqyaslana bilən şəkildə istehsal mühitinə çıxarılmasını təmin etmək.
- Müəyyən edilmiş arxitektura və standartlar əsasında texniki icranı aparmaq, komponent dizaynını hazırlamaq.
- AI/ML, LLM, RAG və agentik AI həllərini praktiki olaraq inkişaf etdirmək; model seçimi, fine-tuning və inference yanaşmalarını keyfiyyət, xərc və performans əsasında müqayisə etmək.
- İRİA-nın daxili prosesləri və mətn/səs əsaslı köməkçilər, çoxagentli iş axınları və təhlükəsiz tool/API inteqrasiyaları qurmaq.
- Dövlət məlumat hövzəsi və korporativ sistemlərlə inteqrasiyanı, AI Gateway, LLM-as-a-Service və təkrar istifadə edilə bilən agent komponentlərinin texniki inkişafını dəstəkləmək.
- On-prem və hibrid AI yerləşdirmələrini təsdiqlənmiş dizayna uyğun həyata keçirmək; GPU resursları, model serving, inference performansı və miqyaslanmanı optimallaşdırmaq.
- Razılaşdırılmış MLOps/LLMOps standartlarına uyğun test, buraxılış, versiyalaşdırma, monitorinq və geri qaytarma mexanizmlərini qurmaq.
- Qiymətləndirmə meyarları və test dəstləri hazırlamaq; cavab keyfiyyəti, gecikmə, etibarlılıq və xərc göstəricilərini izləmək.
Tələblər
- Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
- AI/ML, data və ya proqram mühəndisliyi üzrə ən azı 4 il müvafiq təcrübə; AI həllərinin istehsal mühitinə çıxarılması və mühəndislik icrasına sahiblik təcrübəsi.
- Python, PyTorch və ya oxşar ML framework, SQL, REST API, Git, proqram dizaynı və avtomatlaşdırılmış testlər üzrə dərin bilik.
- LLM, RAG, vektor axtarışı, agent orchestration, model qiymətləndirilməsi və inference optimallaşdırılması üzrə praktiki təcrübə.
- Docker, Linux, CI/CD, MLOps/LLMOps, on-prem və ya private cloud yerləşdirmələri üzrə təcrübə.
- Azərbaycan və ingilis dillərində peşəkar texniki ünsiyyət bacarığı.
- Kubernetes, GPU model serving, vLLM, Hugging Face, LoRA/PEFT, STT/TTS, Azərbaycan dili üzrə NLP və multi-tenant AI platformaları ilə təcrübə üstünlükdür
- Texniki liderlik, sistemli düşüncə, qərarvermə, mentorluq, risklərin idarə edilməsi və nəticəyə sahiblik.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 4 il müvafiq təcrübə tələb olunur.
Python, PyTorch və SQL əsas proqramlaşdırma dilləridir.
LLM, RAG, agentik AI, model seçimi, fine-tuning və inference optimallaşdırılması tələb olunur.
Müraciət etmək üçün elan üzərindən yönləndirmə vasitəsilə müraciət edilməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAI avtomatlaşdırma üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Məlumat və süni intellekt həlləri hazırlamaq üçün Python və SQL bilikləri tələb olunur.
Kart əməliyyatları üzrə rəqəmsal dələduzluq sistemlərini inkişaf etdirmək üçün proqramlaşdırma bacarığı tələb olunur
Kart əməliyyatları üzrə rəqəmsal dələduzluğun qarşısını almaq üçün proqram təminatı hazırlamaq və inkişaf etdirmək.



