Yüksək performanslı proqram təminatı hazırlamaq və Node.js, React.js bilikləri tələb olunur
Full-stack developer
Vakansiya haqqında
Veb saytlar və veb tətbiqlər hazırlamaq üçün komandamıza Full-stack Developer axtarırıq. Bu vəzifədə hər layihənin texniki icrasına başdan sona cavabdeh olacaqsınız. Dizayn maketlərini işlək veb səhifələrə çevirəcək, backend funksionallığını hazırlayacaq, testləri aparacaq və layihənin istifadəyə verilməsini təmin edəcəksiniz.
Əsas vəzifələr
- Next.js və React ilə kompüter, planşet və mobil ekranlara uyğun veb saytlar və veb tətbiqlər hazırlamaq.
- Backend funksionallığını və API-ləri hazırlamaq, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.
- Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yaranan texniki problemləri aradan qaldırmaq.
- Mövcud saytların sürətini və istifadə rahatlığını yaxşılaşdırmaq.
Əsas tələblər
- Veb layihələrin həm frontend, həm də backend hissələrini müstəqil hazırlamaq üzrə praktik təcrübə.
- HTML, CSS və JavaScript üzrə güclü biliklər.
- Next.js və React ilə veb layihələr hazırlamaq təcrübəsi.
- REST API, verilənlər bazası və Git ilə işləmək bacarığı.
- Veb layihələri serverdə və ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi.
Üstünlük hesab olunur
- TypeScript ilə layihə təcrübəsi.
- Python və Django ilə backend proqramlaşdırma təcrübəsi.
- React Native ilə mobil tətbiqlərin hazırlanması üzrə təcrübə.
- CMS inteqrasiyası və kontentin idarə edilməsi üçün admin panellərinin hazırlanması.
- Texniki SEO və veb saytların performansının optimallaşdırılması.
- Docker, CI/CD və avtomatlaşdırılmış testlər üzrə təcrübə.
CV-nizi və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Full-stack Developer” mövzusu ilə göndərin. Portfolionuzda hazırladığınız layihələrin linklərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısaca qeyd edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Proqramçı üzrə bazar adətən 850–2 500 ₼ ödəyir, median — 1 100 ₼.
19 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir. Şirkətin qabağcıl avadanlıqlar ilə təchiz edilmiş tikiş fabrikası mövcüddur.
Müraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994102343320Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
CV və portfolionuzu "Full-stack Developer" mövzusu ilə göndərin, layihələrinizin linklərini və məsuliyyətlərinizi qeyd edin. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 2026-12-05-dir.
Next.js, React, HTML, CSS, JavaScript, REST API, verilənlər bazası, Git və server yerləşdirmə texnologiyaları tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqramçı üzrə Bakıda digər açıq elanlar.
Müştəri yönümlü tətbiqlərin inkişafını idarə edir və React və TypeScript üzrə təcrübəyə malikdir.
Bank proqramlarının köhnə sistemlərini təhlil edib, C# ilə müasir platformaya keçirir, Delphi və Oracle bilikləri tələb olunur
Rəqəmsal bankçılıq sistemlərini inkişaf etdirir və Java, Go, Python bilikləri tələb edir




