Java backend proqram təminatı inkişaf etdirir və OOP, Spring Boot biliklərinə malikdir
Proqram təminatı üzrə mütəxəssis
Vakansiya haqqında
Əsas vəzifələr
- Mövcud SIS-in kod bazasını, arxitekturasını və verilənlər bazasını mənimsəmək;
- Sistemi Qarabağ Universitetinin ehtiyaclarına uyğunlaşdırmaq;
- Yeni modullar, funksiyalar və istifadəçi interfeysləri hazırlamaq;
- Mövcud funksiyaları optimallaşdırmaq, proqram xətalarını aradan qaldırmaq, refaktorinq aparmaq və texniki zərurət yarandıqda sistemin PHP və Laravel-in yeni, dəstəklənən versiyalarını təhlükəsiz şəkildə yeniləmək;
- PostgreSQL verilənlər bazasını idarə etmək, sorğuları və miqrasiyaları optimallaşdırmaq;
- İstifadəçi rolları, səlahiyyətlər, təsdiq prosesləri və audit mexanizmlərini inkişaf etdirmək;
- REST API, SSO/OAuth, JWT və WebSockets əsaslı real-time sistem inteqrasiyalarını həyata keçirmək;
- Hesabatlılıq məqsədilə Excel idxal/ixracı, məlumatların emalı, avtomatlaşdırılmış Excel hesabatları, PDF və digər elektron sənədlərin generasiyası funksiyalarını hazırlamaq;
- Hazırlanan funksiyaların testini, versiya nəzarətini və texniki sənədləşdirilməsini təmin etmək;
- Struktur bölmələrin ehtiyaclarını texniki tələblərə və proqram həllərinə çevirmək;
- Mərkəz tərəfindən irəli sürülən yeni rəqəmsal həllərin hazırlanmasında iştirak etmək.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil üstünlükdür; güclü kommersiya təcrübəsi və mürəkkəb proqram layihələrində praktiki iş təcrübəsi ali təhsil tələbini əvəz edə bilər;
- İngilis dilində texniki sənədləri və proqramlaşdırma resurslarını oxuyub anlamaq, zərurət olduqda xarici texniki tərəfdaşlarla yazılı ünsiyyət qurmaq bacarığı (minimum B1, B2 üstünlükdür);
- PHP və Laravel ekosistemi üzrə güclü praktik bilik, müasir versiyalar və qabaqcıl proqramlaşdırma təcrübələri (best practices) ilə işləmək bacarığı;
- Laravel MVC, Eloquent ORM, migrations, middleware, validation, authentication/authorization, Policies/Gates, Queues/Jobs;
- PostgreSQL və mürəkkəb SQL sorğuları;
- Livewire 3, Blade, Tailwind CSS və JavaScript;
- RESTful API, SSO/OAuth, JWT autentifikasiyası, WebSockets və real-time bildiriş mexanizmləri üzrə praktik təcrübə;
- Excel fayllarının idxalı/ixracı, məlumatların emalı, çoxvərəqli hesabatların generasiyası, eləcə də PDF və digər elektron sənədlərin dinamik hazırlanması üzrə praktik təcrübə;
- Git ilə sərbəst işləmək;
- Role-Based Access Control, approval workflow və audit log məntiqi;
- Mövcud böyük kod bazasını oxumaq və inkişaf etdirmək bacarığı;
- PHP/Laravel üzrə minimum 3 il kommersiya təcrübəsi;
- ERP, CRM, SIS və ya digər mürəkkəb idarəetmə sistemlərində təcrübə üstünlükdür.
- Docker, Linux, CI/CD, PHPUnit/Pest, təhsil idarəetmə sistemləri, ECTS və GPA/ÜOMG prosesləri üzrə təcrübə üstünlükdür;
- Analitik düşünmə, problem həlli və müstəqil işləmək;
- Texniki olmayan tələbləri proqram həllinə çevirmək;
- Komanda işi, effektiv kommunikasiya və texniki sənədləşdirmə;
- Məlumat təhlükəsizliyinə məsuliyyətli yanaşma;
- SIS və digər rəqəmsal həllərin uzunmüddətli inkişafı, təkmilləşdirilməsi və davamlı texniki inkişafında iştirak etməyə hazır olmaq.
- Əsas texnologiyalar: PHP 8.5.x | Laravel 13 | PostgreSQL | Livewire 3 | Tailwind CSS
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Proqramçı üzrə bazar adətən 850–2 500 ₼ ödəyir, median — 1 100 ₼.
24 açıq vakansiya, 28 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xankəndidədir.
Minimum 3 il kommersiya təcrübəsi tələb olunur.
PHP, Laravel, PostgreSQL, Livewire, Tailwind CSS, JavaScript və digər əlaqəli texnologiyalar tələb olunur.
Minimum B1 səviyyəsində ingilis dili tələb olunur.
Namizəddən CV göndərməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqramçı üzrə Xankəndidə digər açıq elanlar.
Rəqəmsal bankçılıq sistemlərini inkişaf etdirir və Java, Go, Python bilikləri tələb olunur
Yüksək performanslı proqram təminatı hazırlamaq və Node.js, React.js bilikləri tələb olunur
Back-end proqramçı kimi Java və mikroservis arxitekturası üzrə 3+ il təcrübə tələb olunur.




