Veb və mobil tətbiqlərin testini aparır, test planları hazırlayır, ən azı 1 il QA təcrübəsi tələb olunur
Orta səviyyəli QA mühəndisi (mobil)
Vakansiya haqqında
- Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək;
- Test dizaynını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra etmək;
- Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq;
- Mobil tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı;
- Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq;
- Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək;
- Crash hesabatlarını (Firebase Crashlytics və ya oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək olmaq;
- Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq;
- Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək;
- Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və sprint planlaşdırılmasında iştirak etmək;
- Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı;
- Yeni texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq;
- Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq;
- Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək;
- Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya olmaq;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 600–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
22 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
QA mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 25 noyabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQA mühəndis üzrə Bakıda digər açıq elanlar.
Veb tətbiqlər və API-lər üçün funksional testlər aparır, ən azı 2 il təcrübəsi tələb olunur
Bank üçün test avtomatlaşdırılması və keyfiyyət mühəndisliyi platforması inkişaf etdirmək üçün Java və Selenium bilikləri tələb olunur
Bank üçün test avtomatlaşdırılması və keyfiyyət mühəndisliyi platformasını inkişaf etdirmək üçün Java və Selenium bilikləri tələb olunur




