Vakansiya haqqında

SDET komandası bankın bütün tribe və squad-ları üçün vahid Quality Engineering platformasını inkişaf etdirir. Komandanın fəaliyyəti yalnız test avtomatlaşdırılması ilə məhdudlaşmır. Biz daxili automation framework-lər, REST Assured əsaslı API automation, CI/CD pipeline-larına inteqrasiya olunmuş Quality Gate-lər, real mobil cihaz infrastrukturu, test idarəetmə sistemləri, keyfiyyət dashboard-ları və AI əsaslı test alətləri üzərində işləyirik.

Əsas məqsədimiz bankda manual-heavy QA yanaşmasından automation-first Quality Engineering modelinə keçidi təmin etməkdir.

Vəzifə öhdəlikləri

  • Framework inkişafı: daxili automation framework-ün (Java, Selenium, Appium, Cucumber) inkişafı, refaktorinqi və təkrar istifadə oluna bilən komponentlərin yaradılması.
  • API automation: Java və REST Assured ilə API testlərinin yazılması; Postman collection-larının REST Assured-ə miqrasiyasında, o cümlədən AI dəstəkli konversiyada iştirak.
  • Web və mobil UI automation: Selenium və Appium ilə Web, Android və iOS testlərinin yazılması; bir biznes ssenarisinin həm Android, həm iOS üçün istifadə olunması.
  • CI/CD və Quality Gates: testlərin Jenkins və GitLab CI/CD pipeline-larına inteqrasiyası, MR və release pipeline-ları üçün Quality Gate-lərin qurulması.
  • Etibarlılıq: flaky testlərin azaldılması, icra müddətinin qısaldılması, paralel icra, stabil locator və wait strategiyaları.
  • Test infrastrukturu: real Android/iOS cihazlardan ibarət test infrastrukturu, test data generasiyası alətləri və keyfiyyət dashboard-ları üzərində iş.
  • Hesabatlılıq: test nəticələrinin test management sisteminə inteqrasiyası, uğursuz testlərin və logların (Kibana və ya analoji alətlər) təhlili.
  • Code review: squad QA mühəndislərinin automation MR-larının texniki baxımdan yoxlanılması (standartlar, keyfiyyət, təkrar istifadə).
  • Enablement: QA mühəndislərinə framework, REST Assured və automation standartları üzrə dəstək və təlim; komandalardan gələn texniki sorğuların həlli.
  • AI ilə testləşdirmə: AI əsaslı test generasiyası, self-healing və automation maintenance alətlərinin pilotu və tətbiqi.

Üstünlükdür:

  • AI alətləri ilə automation təcrübəsi (AI-assisted kod yazma, test generasiyası, self-healing).
  • Allure TestOps və ya digər test management alətləri.
  • Mobil automation infrastrukturu: real cihazlar, Appium Grid, iOS automation (XCUITest).
  • Docker, Kubernetes və ya test mühitlərinin qurulması.
  • Test framework arxitekturası və ya daxili alətlərin (dashboard, test data tool) hazırlanması təcrübəsi.
  • Kafka, mikroservis və ya contract testing təcrübəsi.
  • JMeter ilə performans testləri.
  • Təhlükəsizlik testləri barədə biliklər.
  • Bank və maliyyə sektorunda iş təcrübəsi.

Tələblər

  • 3+ il test automation təcrübəsi.
  • Güclü Java bilikləri (OOP, kolleksiyalar, streams) və təmiz kod yazma vərdişi.
  • Selenium WebDriver və ya Appium ilə UI automation təcrübəsi.
  • REST Assured ilə API automation təcrübəsi; HTTP, REST və JSON-un dərindən başa düşülməsi.
  • JUnit 5 və ya TestNG, Cucumber (BDD), Maven və ya Gradle.
  • Jenkins və ya GitLab CI/CD ilə testlərin pipeline-a inteqrasiyası.
  • Git ilə gündəlik iş (branch, merge request, code review).
  • SQL sorğuları yazmaq bacarığı.
  • Test dizaynı və test piramidası prinsiplərini bilmək.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 oktyabr 2026
Son tarix
30 noyabr 2026
Baxış
384

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 600–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

22 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

QA mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

Minimum 3 il test avtomatlaşdırması təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Yüksək təminatlı sığorta, Visa Premium əmək haqqı kartı, korporativ endirimlər, tədbirlər, əlavə məzuniyyət, güzəştli təhsil və işçi krediti mövcuddur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

QA mühəndis üzrə Bakıda digər açıq elanlar.

Kapital Bank
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Bank üçün test avtomatlaşdırılması və keyfiyyət mühəndisliyi platformasını inkişaf etdirmək üçün Java və Selenium bilikləri tələb olunur

Test AutomationObject-Oriented ProgrammingAppiumREST API+32
Müraciət et
AzInTelecom
MiddleBakı
Maaş göstərilməyib

Mobil tətbiqlərin funksional və avtomatlaşdırılmış testlərini həyata keçirmək üçün süni intellekt alətlərindən istifadə edir

Test AutomationAppiumSeleniumPostman+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SDET developer
Müraciət et