QA avtomatlaşdırma mühəndisi

m10

Vakansiya haqqında

Keyfiyyətə önəm verən, texnologiya ilə işləməyi və test proseslərini daha səmərəli qurmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza QA mühəndis kimi dəvət edirik.

Bu rolda test infrastrukturunun qurulması və inkişaf etdirilməsində iştirak edəcək, müasir test və avtomatlaşdırma alətlərindən istifadə edərək məhsulların keyfiyyətini təmin edəcəksiniz. Proqram təminatının hazırlanmasının bütün mərhələlərində test proseslərini həyata keçirəcək, potensial problemləri vaxtında aşkarlayacaq və onların həllinə töhfə verəcəksiniz.

Əsas məqsədimiz test proseslərinin mümkün qədər avtomatlaşdırılması, səmərəliliyin artırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsidir.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Məhsulun buraxılışından əvvəl funksionallığı yoxlamaq üçün test planlarının hazırlanması;
  • Tələblərə uyğunluğunu və uğurlu tətbiqini təmin etmək üçün məhsul funksionallığının test edilməsi;
  • Problemlərin, xətaların və dəyişikliklərin sənədləşdirilməsi, araşdırılması və idarə olunması;
  • Test zamanı aşkar edilmiş problemlərin təkrarlanması və həlli üçün mühəndislik komandaları ilə əməkdaşlıq;
  • Müxtəlif mühit və platformalarda, o cümlədən production mühitində manual, end-to-end və regression testlərinin həyata keçirilməsi;
  • Test planlarının, test ssenarilərinin və test nümunələrinin hazırlanması və icrası, aşkar edilmiş proqram xətalarının aradan qaldırılması üçün developerlərlə əməkdaşlıq;
  • UAT daxil olmaqla müxtəlif test imkanlarının qurulması və tətbiqi;
  • Ölçülə bilən qəbul meyarlarının müəyyənləşdirilməsi və “Definition of Done” meyarlarının aydın şəkildə formalaşdırılması üçün Məhsul sahibi ilə əməkdaşlıq.

Tələblər

  • Java istifadə edərək backend testlərinin avtomatlaşdırılması da daxil olmaqla, Automation QA Engineer kimi 2-3+ il iş təcrübəsi.
  • Postman, Cucumber Framework, Appium və Selenium əsaslı alətlərlə iş təcrübəsi.
  • Mobil və ya veb tətbiqlərin testlərinin avtomatlaşdırılması üzrə təcrübə.
  • Proqram təminatının test edilməsi prinsipləri və metodologiyaları haqqında ətraflı biliklər.
  • Test strategiyalarının hazırlanması, defektlərin idarə edilməsi və manual/eksplorativ testləşdirmə üzrə təcrübə.
  • Agile komandalarında və ya startap mühitində iş təcrübəsi üstünlük hesab olunur.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 146 Neftchilar Ave
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 avqust 2026
Son tarix
15 noyabr 2026
Baxış
14

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 600–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

QA mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

QA mühəndis üzrə Bakıda digər açıq elanlar.

Birbank
JuniorBakı
Maaş göstərilməyib

Proqram təminatının test proseslərini öyrənir və avtomatlaşdırılmış testlər hazırlayır, Java bilikləri tələb olunur.

Automated TestingPostmanGitJira+12
Müraciət et
Bir
Junior · 2–4 ilBakı
Maaş göstərilməyib

Məhsulun keyfiyyətini təmin etmək üçün test planları hazırlayır və avtomatlaşdırılmış testlər aparır, ən azı 1 il təcrübə tələb olunur.

Manual TestingTest AutomationPostmanAppium+16
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
QA avtomatlaşdırma mühəndisi
Müraciət et