Komandanın SDLC və STLC proseslərində iştirak edir, Java və Selenium bilikləri tələb olunur
QA funksional lideri
Vakansiya haqqında
Keyfiyyətə önəm verən, texnologiya ilə işləməyi və test proseslərini daha səmərəli qurmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza QA mühəndis kimi dəvət edirik.
Bu rolda test infrastrukturunun qurulması və inkişaf etdirilməsində iştirak edəcək, müasir test və avtomatlaşdırma alətlərindən istifadə edərək məhsulların keyfiyyətini təmin edəcəksiniz. Proqram təminatının hazırlanmasının bütün mərhələlərində test proseslərini həyata keçirəcək, potensial problemləri vaxtında aşkarlayacaq və onların həllinə töhfə verəcəksiniz.
Əsas məqsədimiz test proseslərinin mümkün qədər avtomatlaşdırılması, səmərəliliyin artırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsidir.
Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri
- Test komandasının idarə edilməsi (işə qəbul prosesində iştirak, əməkdaşların motivasiyası, adaptasiyası və inkişafı).
- Avtomatlaşdırılmış test strategiyasının qorunması və davamlı təkmilləşdirilməsi.
- Test texnologiyaları və metodologiyaları ilə bağlı yeni ideyaların araşdırılması və təklif edilməsi, test proseslərinin optimallaşdırılması və məhsulun test strategiyasının idarə olunması.
- Testin bütün mərhələlərində risklərin təhlili və qiymətləndirilməsi, riskləri minimuma endirmək üçün qərarların qəbul edilməsi.
- Keyfiyyət hesabatlarının idarə olunması, test nəticələri və məhsulun keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
- SLA və KPI göstəricilərinə uyğunluğun izlənilməsi, müəyyən edilmiş hədəflərə və keyfiyyət standartlarına vaxtında nail olunmasının təmin edilməsi.
- Təlim və mentorluq fəaliyyətinin həyata keçirilməsi, komandanın texniki (hard skills) və şəxsi (soft skills) bacarıqlarının inkişafının dəstəklənməsi, təlimlərin və bilik mübadiləsinin təşkili.
- Test strategiyalarının effektivliyinin təmin edilməsi, test müddətinin azaldılması və test əhatə dairəsinin artırılması üçün proseslərin optimallaşdırılması.
- QA proseslərinin davamlı təkmilləşdirilməsi, proseslərdəki zəif nöqtələrin müəyyən edilməsi və onların aradan qaldırılması.
- Şirkətdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və təşviq edilməsi, komanda üzvlərində yüksək keyfiyyət anlayışının və detallara diqqətin inkişaf etdirilməsi.
- Metriklər və analitika ilə işləmək, keyfiyyət göstəricilərinin təhlil edilməsi və tətbiqi.
Tələblər
Tələblər:
- QA sahəsində ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə.
- QA proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi sahəsində praktiki təcrübə.
- 5 və ya daha çox əməkdaşdan ibarət komandanın idarə edilməsi təcrübəsi.
- Funksional test (Functional Testing), təkrar test (Regression Testing), inteqrasiya testi (Integration Testing) və qəbul testi (Acceptance Testing) daxil olmaqla, test metodologiyaları və texnikaları üzrə güclü biliklər.
- Test strategiyalarının və test planlarının hazırlanması təcrübəsi.
- Test metodologiyalarının və proseslərinin tətbiqi təcrübəsi.
- Test mütəxəssislərindən ibarət komandanın idarə edilməsi təcrübəsi (tapşırıqların planlaşdırılması, işin izlənilməsi, əməkdaşların təlimi və inkişafı).
- Mentor olmaq və biliklərini başqaları ilə bölüşmək bacarığı.
- Məhsul komandaları, proqram təminatı üzrə mütəxəssislər (developer-lər), analitiklər və rəhbərlik daxil olmaqla, müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq bacarığı.
- Çoxfunksiyalı komandalarla işləmək və məhsulun keyfiyyəti ilə bağlı razılaşmalar aparmaq təcrübəsi.
- Testlərin idarə edilməsi alətləri (məsələn, TestRail, Xray və s.) üzrə biliklər.
- API test alətləri (məsələn, Postman) ilə işləmək təcrübəsi.
- SQL üzrə baza bilikləri və logların təhlili bacarığı.
- Testlərin avtomatlaşdırılması və testlərin CI/CD prosesinə inteqrasiyası haqqında anlayış və təcrübə.
- Mobil tətbiqlərin test edilməsi təcrübəsi.
- Agile/Scrum mühitində işləmək təcrübəsi.
- SDLC (Software Development Life Cycle — proqram təminatının hazırlanma həyat dövrü) və onun test proseslərinə təsiri haqqında biliklər.
Üstünlükdür:
- Performans testləri (Performance Testing) və təhlükəsizlik testləri (Security Testing) üzrə təcrübə.
- Bank sektorunda iş təcrübəsi.
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Minimum 4 il iş təcrübəsi tələb olunur, o cümlədən 2 il rəhbər vəzifədə.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Mentorluq, peşəkar inkişaf, yüksək təminatlı sığorta, korporativ endirimlər və tədbirlər mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQA üzrə aparıcı mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Rəqəmsal məhsulların keyfiyyətini artırmaq üçün test avtomatlaşdırması və Agile proseslərini idarə edir.
Mobil və veb tətbiqlərin testini aparır, API test avtomatlaşdırma və mentorluq bacarığı tələb olunur
Mürəkkəb proqram təminatı xüsusiyyətlərinin əl ilə testini aparır və AI əsaslı test alətlərindən istifadə edir.



