Vakansiya haqqında

Təsvir

  • Mobil rabitə şəbəkələrində (2G/3G/4G/5G) xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə drive test və walk test ölçmələrini planlaşdırmaq, ölçmə marşrutlarını və test ssenarilərini hazırlamaq və icra etmək;
  • Bina daxili məkanlarda (ticarət mərkəzləri, metro, hava limanı, inzibati binalar və s.) walk test ölçmələrini aparmaq;
  • Ölçmə avadanlıqlarını və proqram təminatını quraşdırmaq, konfiqurasiya etmək, onların işlək vəziyyətdə saxlanmasına və yenilənməsinə nəzarət etmək;
  • Səs, data (HTTP, FTP, video streaming və s.) və SMS xidmətləri üzrə Əsas Keyfiyyət Göstəricilərini (KPI) ölçmək: əhatə və siqnal keyfiyyəti (RSRP, RSRQ, SINR, RSCP, Ec/Io, RxLev, RxQual), zənglərin qurulma və kəsilmə göstəriciləri, ötürmə sürəti, gecikmə, handover uğurluluğu, səs keyfiyyəti (MOS) və s.;
  • Ölçmə nəticələrinin emalını (post-processing) aparmaq, əldə edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək;
  • Zəif əhatə, interferensiya, handover uğursuzluqları, zənglərin kəsilməsi və s. kimi problemli zonaları müəyyən etmək, onların səbəblərini araşdırmaq və həlli üzrə təkliflər hazırlamaq;
  • Operatorların xidmət keyfiyyətinin müqayisəli (benchmarking) təhlilini aparmaq;
  • Ölçmə nəticələri əsasında əhatə xəritələri, cədvəllər və qrafiklər hazırlamaq, texniki hesabat və təqdimatlar hazırlamaq;
  • Ölçmə nəticələrinin lisenziya şərtlərinə və müəyyən edilmiş keyfiyyət normativlərinə uyğunluğunu qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə hesabat hazırlamaq;
  • Vətəndaş müraciətləri və şikayətləri əsasında yerində ölçmələr aparmaq və nəticələrə dair rəy hazırlamaq;
  • Beynəlxalq standartlara (ITU-T, ETSI, 3GPP) uyğun ölçmə metodikalarının və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Ölçmə məlumatlarının sistemli şəkildə saxlanılmasını, arxivləşdirilməsini və məlumat bazasının aparılmasını təmin etmək;
  • Ölçmə sahəsində yeni texnologiyaları və metodları izləmək, onların tətbiqinə dair təkliflər vermək.

Tələblər

  • Ali təhsil (telekommunikasiya, radiotexnika, elektronika və ya digər müvafiq texniki ixtisas üzrə);
  • Mobil rabitə texnologiyaları (GSM, UMTS, LTE, 5G NR(arzuolunandır)), radio interfeys, siqnallaşma və protokollar haqqında dərin biliklərə malik olmaq;
  • Mobil rabitə şəbəkələrində drive test, RF ölçmə və ya şəbəkə optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi malik olmaq;
  • Drive test və walk test ölçmə alətləri ilə praktiki iş bacarığına malik olmaq;
  • Post-processing alətləri ilə işləmə bacarığı olmaq;
  • Xidmət keyfiyyəti (QoS/QoE) göstəriciləri və müvafiq beynəlxalq standartlar (ITU-T E.800, E.804, P.863, ETSI TS 102 250 və s.) haqqında biliklərə malik olmaq;
  • Sahədə (çöl şəraitində) işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmaq;
  • Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(yaxşı), Rus dili(arzuolunan);
  • RF planlaşdırma və optimallaşdırma prinsiplərini bilmək.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
3 dekabr 2026
Baxış
471

Şirkət haqqında

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi
Bakı
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi — bütün vakansiyalar

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumdur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Mobil rabitə şəbəkələrində drive test və ya şəbəkə optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət üçün son tarix 3 dekabr 2026-cı ildir.

Göstərilməyib
Drive Test mühəndisi
Müraciət et