Vakansiya haqqında

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.

Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan “Olive Bay” layihəsi üçün “Aparıcı Dizayn Memarı” vəzifəsinə yüksək motivasiyalı və təcrübəli peşəkar namizəd axtarır.

İşin təsviri

  • Bu vəzifə memarlıq layihələrinin koordinasiyasını, müxtəlif mühəndislik sahələrinin layihə çərçivəsində inteqrasiyasını, dizayn prosesinin və layihə sənədlərinin idarə edilməsini, həmçinin layihələndirmə və tikinti mərhələrində texniki dəstəyin göstərilməsini əhatə edir. Uğurlu namizəd layihə məqsədlərinin həyata keçirilməsini təmin etmək üçün layihə komandaları, məsləhətçilər, subpodratçılar və sifarişçi nümayəndələri ilə sıx əməkdaşlıq edəcək.
  • Memarlıq, konstruksiya, mexanika, elektrik və santexnika sistemləri (MEP), interyer dizaynı və digər əlaqəli sahələr üzrə layihə paketlərinin koordinasiyasını həyata keçirmək;
  • Layihələndirmə qrafiklərini izləmək və bütün dizayn işlərinin müəyyən olunmuş müddətlərdə tamamlanmasını təmin etmək;
  • Layihə sənədlərini, çertyojları, reviziyaları və dizayn arxivini nəzərdən keçirmək və idarə etmək;
  • Təsdiqlənmiş çertyoj və layihə sənədlərinin layihə komandalarına və tikinti sahələrinə düzgün şəkildə paylanmasını təmin etmək;
  • Tikinti mərhələsində hazırlanmış işçi çertyojlarını, icra çertyojlarını və texniki təqdimat sənədlərini nəzərdən keçirmək;
  • Tikinti işlərinin son təsdiqlənmiş layihələrə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək üçün sahə komandaları ilə koordinasiya aparmaq;
  • Tələb olunduqda memarlıq detalları, kəsiklər, fasad görünüşləri və 3D vizual təqdimatlar hazırlamaq;
  • Sifarişçilər, məsləhətçilər və layihənin digər maraqlı tərəfləri üçün dizayn təqdimatları hazırlamaq və təqdim etmək;
  • Dizayn üzrə koordinasiya görüşlərini təşkil etmək, iclas gündəliyini hazırlamaq və iclas protokollarını tərtib etmək;
  • Material seçimi prosesinə dəstək göstərmək, tamamlama materialları cədvəllərini və memarlıq spesifikasiyalarını nəzərdən keçirmək;
  • Tələb olunduqda dizayn təsdiqlərini sifarişçi, məsləhətçilər və müvafiq dövlət qurumları ilə koordinasiya etmək;
  • Bütün layihə materiallarının layihə tələblərinə, texniki standartlara və müqavilə öhdəliklərinə uyğunluğunu təmin etmək.

Vəzifə üzrə tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Memarlıq layihələndirilməsi və dizayn koordinasiyası sahəsində minimum 7 il peşəkar iş təcrübəsi;
  • İrimiqyaslı bina, səhiyyə, hotelçilik, çoxfunksiyalı, kommersiya və ya sənaye tikintisi layihələrində iş təcrübəsi;
  • Müxtəlif mühəndislik sahələri üzrə layihələrin koordinasiya prosesləri haqqında geniş bilik;
  • AutoCAD proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Rhino, Photoshop, Revit, Navisworks və ya BIM platformaları ilə iş təcrübəsi üstünlük hesab olunur;
  • İngilis dilində sərbəst ünsiyyət bacarığı;
  • Güclü təqdimat, ünsiyyət, koordinasiya və problem həll etmə bacarıqları;
  • Beynəlxalq layihələrdə iş təcrübəsinə üstünlük verilir.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya mövzu hissəsində “Aparıcı Dizayn Memarı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Dillər
English
Son tarix
15 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
27

Şirkət haqqında

CCN Holding
Construction · Baku
CCN Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Memarlıq layihələndirilməsi və dizayn koordinasiyası sahəsində minimum 7 il iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

AutoCAD və MS Office proqramlarında yüksək səviyyədə işləmək tələb olunur; Rhino, Photoshop, Revit, Navisworks və BIM platformaları üstünlükdür.

İngilis dilində sərbəst ünsiyyət bacarığı tələb olunur.

CV göndərilməlidir, mövzu hissəsində “Aparıcı Dizayn Memarı” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki rəhbər üzrə Bakıda digər açıq elanlar.

ArchiCO
Senior · 10+ ilBakı
Maaş göstərilməyib

Layihələrin planlaşdırılması və idarə olunmasını həyata keçirir, 10 ildən çox təcrübə tələb olunur.

Project ManagementTechnical Documentation ReviewQuality ControlAutoCAD+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
PMD Projects LLC
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Tikinti sahəsində konstruktiv layihələri yoxlayır və texniki təkliflər hazırlayır, 5 il təcrübə tələb olunur.

AutoCADTechnical report preparationMicrosoft OfficeConstruction standards knowledge+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı dizayn memarı
Müraciət et