Memarlıq layihələrinin koordinasiyasını və dizayn prosesini idarə etmək üçün təcrübəli memar.
Layihənin baş mühəndisi
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər,
İşin təsviri:
- Layihələrin planlaşdırılması, təşkili və idarə olunması;
- Memarlıq, Konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələrinin koordinasiyası;
- Mühəndislik həllərinin memarlıq və digər layihə bölmələri ilə uyğunluğunun təmin edilməsi;
- Layihə sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti üzrə normativlərə və müvafiq beynəlxalq standartlara uyğunluğuna nəzarət;
- Mühəndislik çertyojlarının, hesabatların, spesifikasiyaların və texniki sənədlərin yoxlanılması;
- Layihəçi və podratçıların texniki fəaliyyətinin koordinasiyası;
- İş həcmlərinin və texniki spesifikasiyaların hazırlanması və yoxlanılması;
- Dövlət ekspertizası və razılaşdırma proseslərində bütün bölmələr üzrə texniki dəstəyin göstərilməsi;
- Layihə üzrə texniki risklərin, uyğunsuzluqların və mümkün problemlərin müəyyən edilməsi və həlli;
- Layihə büdcəsinin və texniki həllərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Layihənin bütün mərhələlərində mühəndislik işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət.
Tələblər:
- Yaş: 35- 55 yaş;
- İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsində ali təhsil;.
- Müvafiq sahədə 10 il və daha artıq iş təcrübəsi.
- Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları və Qaydalarını mükəmməl bilmək, layihələrin Dövlət Ekspertizasına hazırlanması və müdafiəsi təcrübəsi;
- AutoCAD və MS Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Revit, Primavera, və digər memarlıq/mühəndislik proqramlarını bilmək arzuolunandır);
- Memarlıq, konstruksiya və mühəndis-kommunikasiya (MEP) bölmələrinin layihələrini bir-biri ilə uzlaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq bacarığı;.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihənin baş mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş həftənin I-V günləri təşkil olunur.
Müvafiq sahədə minimum 10 il iş təcrübəsi tələb olunur.
AutoCAD və MS Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı tələb olunur, Revit və Primavera bilmək arzuolunandır.
Azərbaycan dili əsasdır, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
Namizədin yaşı 35-55 arasında olmalıdır.
CV-ləri (foto ilə) mövzu yerinə “Layihənin baş mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki rəhbər üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində konstruktiv layihələri yoxlayır və texniki təkliflər hazırlayır, 5 il təcrübə tələb olunur.
Struktur komandanı idarə edir, texniki rəsmləri yoxlayır və layihə tələblərinə cavab verir.
Müxtəlif məhsul komandalarında inkişaf bölməsinin texniki liderliyini və mühəndis heyətinin idarəsini həyata keçirir.




