Memarlıq layihələrinin koordinasiyasını və dizayn prosesini idarə etmək üçün təcrübəli memar.
Aparıcı mühəndis-konstruktor
Vakansiya haqqında
Təsvir
- Tikinti sahəsinə təqdim olunan konstruktiv layihə və işçi sənədləri qəbul etmək, nəzərdən keçirmək və onların sahədə icra üçün uyğunluğunu qiymətləndirmək;
- IFC, Shop Drawing, Method Statement, ITP, Material Submittal, RFI və digər texniki sənədləri konstruksiya hissəsi üzrə yoxlamaq və müvafiq rəy vermək;
- Layihə ilə faktiki tikinti vəziyyəti arasında uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün texniki təkliflər hazırlamaq;
- Layihəçi tərəfindən təqdim edilmiş konstruktiv həllərin tikinti sahəsində tətbiq imkanlarını qiymətləndirmək və zəruri hallarda texniki düzəlişlər üzrə təkliflər vermək;
- RFI (Request for Information), Technical Query və digər texniki sorğuların hazırlanmasında və cavablandırılmasında iştirak etmək;
- Sahədə aşkar edilmiş konstruktiv uyğunsuzluqlar üzrə NCR, Observation və digər keyfiyyət sənədlərinin hazırlanması və bağlanılması prosesində iştirak etmək;
- Armatur işlərinin diametri, aralığı, yerləşməsi, bindirmə uzunluqları, ankerləmə, qoruyucu beton qatı və digər konstruktiv tələblərə uyğunluğunu yoxlamaq;
- Qəlib və dayaq sistemlərinin layihəyə və təsdiq edilmiş metodologiyaya uyğunluğunu yoxlamaq;
- Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını konstruksiya işləri üzrə izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək;
- Sahədə aparılan konstruksiya işlərinin gündəlik və həftəlik monitorinqində iştirak etmək və görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək;
- Tikinti zamanı layihədə dəyişiklik tələb edən məsələləri müəyyən etmək, dəyişikliklərin texniki əsaslandırılmasında və müvafiq təsdiqlərin alınmasında iştirak etmək;
- As-Built sənədlərinin faktiki tikinti vəziyyətinə uyğun hazırlanmasına nəzarət etmək;
- Tikinti mərhələsinin sonunda konstruksiya işlərinin təhvil-təslim prosesində iştirak etmək və müvafiq texniki sənədləri yoxlamaq;
- Konstruksiya işləri üzrə subpodratçıların təqdim etdiyi işlərin qəbulunda iştirak etmək;
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi / Mülki tikinti / Konstruksiya mühəndisliyi ixtisası üzrə;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il, o cümlədən tikinti sahəsində praktiki iş təcrübəsi;
- Konstruktiv layihələrin, işçi çertyojların və Shop Drawing-lərin oxunması və təhlili bacarığı;
- Azərbaycan Respublikasında tətbiq olunan tikinti norma və qaydaları, AzDTN, SNİP, eləcə də layihədə tətbiq olunan beynəlxalq standartlar barədə biliklər,monolit dəmir-beton və metal konstruksiyaların tikinti texnologiyası üzrə praktiki biliklər,beton,armatur, metal konstruksiya və digər əsas konstruktiv materialların texniki xüsusiyyətləri və keyfiyyət tələbləri barədə biliklər;
- Kompyuter bacarıqları: AutoCAD, MS Office və konstruktiv hesablama proqramları ilə işləmək bacarığı;
- Texniki hesabatların, aktların və digər tikinti sənədlərinin hazırlanması bacarığı,RFI, NCR, Method Statement, ITP, Material Submittal və digər tikinti sənədləri ilə işləmə bacarığı;
- Azərbaycan dili – səlis,İngilis dili – yaxşı;
- Layihəçi, podratçı və digər tərəflərlə effektiv texniki kommunikasiya və koordinasiya bacarığı;
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
- Komandada işləmək və tikinti sahəsində operativ qərar qəbul etmək bacarığı;
- İş təhlükəsizliyi, keyfiyyət və tikinti texnologiyası tələblərinə məsuliyyətli yanaşma.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Ali təhsil İnşaat mühəndisliyi, Mülki tikinti və ya Konstruksiya mühəndisliyi üzrə olmalıdır.
AutoCAD, MS Office və konstruktiv hesablama proqramları ilə işləmək bacarığı tələb olunur.
Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə olmalıdır.
IFC, Shop Drawing, Method Statement, ITP, Material Submittal, RFI, NCR və digər tikinti sənədləri ilə işləmə bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki rəhbər üzrə Bakıda digər açıq elanlar.
Layihələrin planlaşdırılması və idarə olunmasını həyata keçirir, 10 ildən çox təcrübə tələb olunur.
Struktur komandanı idarə edir, texniki rəsmləri yoxlayır və layihə tələblərinə cavab verir.




