Memarlıq layihələrinin hazırlanması və icrasını izləmək üçün AutoCAD və Archicad bilikləri tələb olunur.
Aparıcı dizayn memarı
Vakansiya haqqında
CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan “Olive Bay” layihəsi üçün “Aparıcı Dizayn Memarı” vəzifəsinə yüksək motivasiyalı və təcrübəli peşəkar namizəd axtarır.
İşin təsviri
Bu vəzifə memarlıq layihələrinin koordinasiyasını, müxtəlif mühəndislik sahələrinin layihə çərçivəsində inteqrasiyasını, dizayn prosesinin və layihə sənədlərinin idarə edilməsini, həmçinin layihələndirmə və tikinti mərhələrində texniki dəstəyin göstərilməsini əhatə edir. Uğurlu namizəd layihə məqsədlərinin həyata keçirilməsini təmin etmək üçün layihə komandaları, məsləhətçilər, subpodratçılar və sifarişçi nümayəndələri ilə sıx əməkdaşlıq edəcək.
Memarlıq, konstruksiya, mexanika, elektrik və santexnika sistemləri (MEP), interyer dizaynı və digər əlaqəli sahələr üzrə layihə paketlərinin koordinasiyasını həyata keçirmək;
Layihələndirmə qrafiklərini izləmək və bütün dizayn işlərinin müəyyən olunmuş müddətlərdə tamamlanmasını təmin etmək;
Layihə sənədlərini, çertyojları, reviziyaları və dizayn arxivini nəzərdən keçirmək və idarə etmək;
Təsdiqlənmiş çertyoj və layihə sənədlərinin layihə komandalarına və tikinti sahələrinə düzgün şəkildə paylanmasını təmin etmək;
Tikinti mərhələsində hazırlanmış işçi çertyojlarını, icra çertyojlarını və texniki təqdimat sənədlərini nəzərdən keçirmək;
Tikinti işlərinin son təsdiqlənmiş layihələrə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək üçün sahə komandaları ilə koordinasiya aparmaq;
Tələb olunduqda memarlıq detalları, kəsiklər, fasad görünüşləri və 3D vizual təqdimatlar hazırlamaq;
Sifarişçilər, məsləhətçilər və layihənin digər maraqlı tərəfləri üçün dizayn təqdimatları hazırlamaq və təqdim etmək;
Dizayn üzrə koordinasiya görüşlərini təşkil etmək, iclas gündəliyini hazırlamaq və iclas protokollarını tərtib etmək;
Material seçimi prosesinə dəstək göstərmək, tamamlama materialları cədvəllərini və memarlıq spesifikasiyalarını nəzərdən keçirmək;
Tələb olunduqda dizayn təsdiqlərini sifarişçi, məsləhətçilər və müvafiq dövlət qurumları ilə koordinasiya etmək;
Bütün layihə materiallarının layihə tələblərinə, texniki standartlara və müqavilə öhdəliklərinə uyğunluğunu təmin etmək.
Vəzifə üzrə tələblər
Memarlıq ixtisası üzrə ali təhsil;
Memarlıq layihələndirilməsi və dizayn koordinasiyası sahəsində minimum 7 il peşəkar iş təcrübəsi;
İrimiqyaslı bina, səhiyyə, hotelçilik, çoxfunksiyalı, kommersiya və ya sənaye tikintisi layihələrində iş təcrübəsi;
Müxtəlif mühəndislik sahələri üzrə layihələrin koordinasiya prosesləri haqqında geniş bilik;
AutoCAD proqramında yüksək səviyyədə işləmək bacarığı;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Rhino, Photoshop, Revit, Navisworks və ya BIM platformaları ilə iş təcrübəsi üstünlük hesab olunur;
İngilis dilində sərbəst ünsiyyət bacarığı;
Güclü təqdimat, ünsiyyət, koordinasiya və problem həll etmə bacarıqları;
Beynəlxalq layihələrdə iş təcrübəsinə üstünlük verilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki rəhbər üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
29 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki rəhbər kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
Son müraciət tarixi 25 oktyabrdır.
İş yeri Bakıdır.
Minimum 7 il peşəkar iş təcrübəsi tələb olunur.
AutoCAD və MS Office proqramlarında işləməyi bilməlidir, Rhino, Photoshop, Revit, Navisworks üstünlükdür.
CV-ni mövzu hissəsində “Aparıcı Dizayn Memarı” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki rəhbər üzrə digər açıq elanlar.
Texniki layihələr hazırlayır, CAD proqramlarında işləməyi və 10 il təcrübəsi tələb edir.
Tikinti layihələrində texniki nəzarət edir və 10 il təcrübəsi olan mühəndis tələb olunur.
Böyük proqram mühəndisliyi komandalarını idarə edir və mürəkkəb proqram təminatı layihələrini həyata keçirir.


