Memarlıq layihələrinin hazırlanması və icrasını izləmək üçün AutoCAD və Archicad bilikləri tələb olunur.
Aparıcı memar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Memarlıq və konstruktiv layihələrin hazırlanması, texniki həllərin işlənməsi.
Obyektlərdə ilkin ölçülərin götürülməsi və mövcud məkanın texniki təhlilinin aparılması.
Layihələr üzrə iş planı və deadlineların müəyyən edilməsi, layihənin başlanğıcdan təhvilə qədər icrasının izlənilməsi və koordinasiyası.
Layihə üzrə material sərfiyyatının hesablanması, mal-material hesabatının hazırlanması, tələb olunan material miqdarının müəyyən edilməsi və material/işçilik xərclərinin ilkin hesablanması.
İşçi çertyojların, texniki planların, kəsiklərin və detallı layihə sənədlərinin hazırlanması.
Mebel, metal konstruksiya və digər istehsalat elementlərinin layihəyə uyğunluğunu təmin etmək.
Layihələrin istehsalat və quraşdırma mərhələlərində texniki nəzarəti həyata keçirmək.
Layihə komandası və istehsalat əməkdaşları ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
AutoCAD, Archicad, SOLIDWORKS proqramlarından peşəkar səviyyədə istifadə bacarığı.
3ds Max, SketchUp və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
Texniki çertyojları, konstruktiv sxemləri və işçi layihələri sərbəst oxumaq və hazırlamaq bacarığı.
Ölçülərlə yüksək dəqiqliklə işləmək, texniki hesablamalar aparmaq və miqyasları düzgün tətbiq etmək bacarığı.
Tikinti materialları, mebel konstruksiyaları və metal elementlər barədə biliklər.
Texniki sənədləşdirmə və layihə standartları üzrə biliklər.
Yüksək analitik düşüncə, diqqətlilik və texniki savadlılıq.
İş şəraiti:
Qrafik: 6\1
Əmək haqqı: 1000-2500 AZN
Ünvan: Kənd Əhmədli
Qeyd: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Texniki rəhbər üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 750 ₼.
28 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki rəhbər kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 6 gün, 1 gün istirahətdir.
Əmək haqqı 1000-2500 manat aralığındadır, minimum məbləğ sınaq müddəti üçündür.
İş yeri Kənd Əhmədli ərazisindədir.
AutoCAD, Archicad və SOLIDWORKS proqramlarında peşəkar səviyyədə işləmək bacarığı tələb olunur.
Namizədə ən azı 3 il təcrübə tələb olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki rəhbər üzrə digər açıq elanlar.
Tikinti layihələrində texniki nəzarət edir və 10 il təcrübəsi olan mühəndis tələb olunur.
Texniki həllərin dizaynı və inkişafını idarə edir, IT infrastruktur və təhlükəsizlik bilikləri tələb olunur.
Memarlıq layihələrinin koordinasiyasını və dizayn prosesini idarə etmək üçün təcrübəli memar.


