Vakansiya haqqında

Komandaların idarə olunması, texniki və biznes təşəbbüslərinin vaxtında həyata keçirilməsi və mühəndislik proseslərinin təkmilləşdirilməsi üzrə təcrübəli Engineering Lead axtarırıq. Bu rolda komandanın peşəkar inkişafına dəstək olacaq, proqram təminatının keyfiyyətini və sistemlərin dayanıqlılığını təmin edəcək, effektiv əməkdaşlıq və davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasında iştirak edəcəksiniz.

Vəzifə öhdəlikləri

  • Biznes və texniki təşəbbüslərin uğurlu və planlaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək.
  • Sprint proseslərini idarə etmək: planlaşdırma, prioritetlərin müəyyənləşdirilməsi və tapşırıqların icrasının izlənilməsi.
  • Komandaların performansını, çatdırılma risklərini, maneələri və layihə müddətlərini izləmək.
  • Product Owner-lər, Tribe Tech Lead və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək.
  • İşə qəbul, yeni əməkdaşların adaptasiyası (Onboarding), mentorluq və performansın qiymətləndirilməsi proseslərini dəstəkləmək.
  • Müntəzəm görüşlər keçirmək və mühəndislərin peşəkar inkişafına dəstək olmaq.
  • Mühəndislik mədəniyyətini, komanda əməkdaşlığını və əməliyyat səmərəliliyini təkmilləşdirmək.
  • Proqram təminatının keyfiyyətini, production mühitinin dayanıqlılığını və davamlı çatdırılma proseslərini təmin etmək.
  • Zərurət yarandıqda insidentlərin idarə olunması və insidentdən sonrakı təhlil (Postmortem) proseslərində iştirak etmək.
  • Tribe daxilində komandalar arasında koordinasiyanı və effektiv kommunikasiya prosesini təmin etmək.
  • Çatdırılma sürəti, sistemin etibarlılığı və texniki borcun (Technical Debt) idarə edilməsi arasında düzgün balansın qorunmasına dəstək olmaq.

Tələblər

  • Proqram mühəndisliyi sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Team Lead, Engineering Lead və ya Engineering Management vəzifəsində ən azı 1 il təcrübə.
  • Proqram təminatının hazırlanma həyat dövrü (SDLC) və Agile çatdırılma prosesləri üzrə güclü biliklər.
  • Müxtəlif funksional sahələri əhatə edən mühəndislik komandalarına rəhbərlik təcrübəsi.
  • Güclü kommunikasiya və maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi bacarıqları.
  • Tapşırıqların vaxtında icrasını təmin etmək və mühəndislik proseslərini təkmilləşdirmək bacarığı.
  • Müasir proqram arxitekturası və mühəndislik təcrübələri üzrə biliklər.
  • Paylanmış sistemlər (Distributed Systems) və yüksək yüklənməli tətbiqlərlə (High-load Applications) iş təcrübəsi üstünlükdür.
  • İnsidentlərin idarə edilməsi, prioritetləşdirmə və production dəstəyi prosesləri üzrə təcrübə.
  • Mühəndislərə mentorluq etmək və onların karyera inkişafını dəstəkləmək bacarığı.
  • Yüksək məsuliyyət hissi, işin nəticələrinə sahib çıxmaq və qərar qəbul etmək bacarığı.
  • Fintech, bankçılıq, ödəniş sistemləri və ya rəqəmsal məhsullar sahəsində iş təcrübəsi ciddi üstünlükdür.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 oktyabr 2026
Son tarix
12 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
322

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki rəhbər üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

29 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki rəhbər kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Proqram mühəndisliyi sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

İşə qəbul, yeni əməkdaşların adaptasiyası (Onboarding) və mentorluq prosesləri dəstəklənir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki rəhbər üzrə Bakıda digər açıq elanlar.

PASHA Sığorta
Senior · 1+ ilBakı
Maaş göstərilməyib

Məhsulun texniki istiqamətinə rəhbərlik edir və Java/Spring Boot və ya C#/.NET bilikləri tələb olunur.

JavaSpring BootC#.NET+17
Müraciət et
AN Production
Senior · 3+ ilBakı
1 000–2 500₼

Memarlıq layihələrinin hazırlanması və icrasını izləmək üçün AutoCAD və Archicad bilikləri tələb olunur.

AutoCADSolidWorksTechnical DocumentationArchiCAD+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Halliburton
Senior · 8+ ilBakı
Maaş göstərilməyib2 gün qalıb

Böyük proqram mühəndisliyi komandalarını idarə edir və mürəkkəb proqram təminatı layihələrini həyata keçirir.

Team LeadershipProject ManagementOrganizational DevelopmentSoftware Engineering+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Proqram mühəndisliyi meneceri
Müraciət et