Vakansiya haqqında

Müasir mobil tətbiqimiz vasitəsilə insanların maliyyə xidmətlərindən istifadə təcrübəsini yenidən formalaşdırırıq. Fəaliyyətimizi genişləndirdiyimiz bir dövrdə texnologiya komandamıza rəhbərlik etmək və mobil tətbiqimizin texnoloji inkişafına istiqamət vermək üçün yüksək ixtisaslı və strateji düşüncəyə malik Tribe Tech Lead axtarışındayıq.

  • Kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Proqram təminatının hazırlanması sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Texnologiya komandalarının və layihələrinin idarə olunması üzrə rəhbərlik təcrübəsi.
  • Mobil tətbiqlərin hazırlanması sahəsində güclü bilik və təcrübə (üstünlükdür).
  • Proqram təminatının hazırlanması metodologiyaları, alətləri və ən yaxşı təcrübələri üzrə dərin biliklər.
  • Mobil tətbiqlərin hazırlanması texnologiyaları və framework-ləri üzrə peşəkarlıq.
  • Güclü liderlik və ünsiyyət bacarıqları.
  • Strateji düşünmə və problemləri həll etmə bacarığı.
  • Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları.
  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri
  • Şirkətin biznes məqsədlərinə uyğun texnoloji həllərin hazırlanması və tətbiqi üzrə strateji istiqamətin müəyyən edilməsi.
  • Texnoloji yol xəritəsinin (Technology Roadmap) hazırlanması və təşkilati məqsədlərə uyğunlaşdırılması üçün rəhbərliklə əməkdaşlıq.
  • Mobil tətbiqi dəstəkləyən texnoloji arxitektura və infrastruktur üzrə aydın strategiyanın formalaşdırılması və komanda ilə paylaşılması.
  • Mobil tətbiqin fasiləsiz əlçatanlığını təmin etmək, dayanma müddətini minimuma endirmək və etibarlılığı artırmaq üçün strategiyaların hazırlanması və tətbiqi. Ehtiyat sistemlərin, nasazlıq zamanı avtomatik keçid mexanizmlərinin (Failover) və fəlakətdən bərpa planlarının hazırlanması üçün infrastruktur və əməliyyat komandaları ilə əməkdaşlıq.
  • Tətbiqin performansını izləmək üçün alətlərin tətbiqi və idarə edilməsi. Xüsusilə Apdex (Application Performance Index) standartı və istifadəçi təcrübəsinin monitorinqinə fokuslanmaq.
  • Optimal istifadəçi təcrübəsini qorumaq və performansın pisləşməsinə vaxtında müdaxilə etmək üçün Apdex hədlərinin müəyyən edilməsi və mütəmadi qiymətləndirilməsi.
  • Mobil tətbiq ekosistemi daxilində mikro tətbiqlərin (Microapps) hazırlanmasına və inteqrasiyasına rəhbərlik edilməsi. İstifadəçi təcrübəsini və aktivliyini artırmaq üçün imkanların müəyyənləşdirilməsi məqsədilə məhsul idarəetməsi komandası ilə əməkdaşlıq.
  • Üçüncü tərəflərlə inteqrasiya və tərəfdaşlarla əməkdaşlıq üçün proqram təminatı inkişaf dəstlərinin (SDK) hazırlanmasına və texniki dəstəyinə nəzarət edilməsi.
  • SDK-ların düzgün sənədləşdirilməsinin, istifadəsinin asan olmasının və sənaye standartlarına uyğunluğunun təmin edilməsi.
  • İnnovasiyaları təşviq etmək və rəqabət üstünlüyünü qorumaq üçün sahə üzrə yeniliklərin və yeni texnologiyaların izlənilməsi.
  • Yüksək keyfiyyətli, təhlükəsiz və genişləndirilə bilən proqram təminatının hazırlanması üçün effektiv keyfiyyət təminatı (QA) proseslərinin tətbiqi və davamlı idarə edilməsi.
  • Texnoloji həllərin problemsiz inteqrasiyasını təmin etmək üçün müxtəlif funksional komandalarla sıx əməkdaşlıq.
  • Texnologiya komandasında innovasiya, əməkdaşlıq və davamlı təkmilləşdirmə mədəniyyətinin formalaşdırılması.
  • Tribe-in texniki büdcəsinin idarə olunması və resurslardan səmərəli istifadə üçün rəhbərlər və digər maraqlı tərəflərlə əməkdaşlıq.
  • Layihələrin müəyyən edilmiş müddətlərdə və hədəflərə uyğun tamamlanması üçün resursların effektiv bölüşdürülməsi.
  • Tribe daxilində tələb olunan bacarıq və təcrübə balansını təmin etmək üçün komanda rəhbərləri ilə əməkdaşlıq.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku Towers 2, 153 Neftchilar Ave, Nasimi district
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 oktyabr 2026
Son tarix
12 noyabr 2026
Baxış
28

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki rəhbər üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

34 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki rəhbər kimi öz maaşını yoxla

Şirkət haqqında

Kapital Bank
Banking · 5,001–10,000 employees · Bakı
Kapital Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Minimum 5 il proqram təminatı hazırlanması sahəsində iş təcrübəsi tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki rəhbər üzrə Bakıda digər açıq elanlar.

SOCAR Downstream Management
Senior · 8+ ilBakı
Maaş göstərilməyib

Layihələrin bütün mərhələlərində mühəndislik işlərinə rəhbərlik edir və texniki sənədləri qiymətləndirir

Technical Documentation ReviewRisk ManagementAnalytical skillsEngineering Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BP Azerbaijan
SeniorBakı
Maaş göstərilməyib

Platformun texniki rəhbərliyini həyata keçirir və proqramlaşdırma bacarıqları tələb olunur.

AutomationKubernetesMentoringStakeholder Communication+9
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki lider
Müraciət et