Sosial media hesablarını idarə edir və kontent planlaşdırma bacarığı tələb olunur.
Vakansiya haqqında
Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası;
- Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması;
- Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili;
- SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
- Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
- Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası.
Namizədə tələblər:
- Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil;
- SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi;
- Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər;
- Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı;
- Meta Business Suite və reklam alətləri üzrə biliklər;
- Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı;
İş şəraiti:
- Bakı şəhəri;
- Həftənin 5 günü, 09:00–18:00;
- Rəsmi əmək müqaviləsi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
29 açıq vakansiya, 60 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftənin 5 günü, 09:00–18:00 saatları arasında işləyirsiniz.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “SMM & Account Manager” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, müştərilərlə ünsiyyət qurur və kontent yaradır, minimum 1 il təcrübə tələb olunur
Sosial media platformalarında kontent yaradır və reklam kampaniyalarını idarə edir, 1.5 il təcrübə tələb olunur.
Instagram, TikTok və Facebook səhifələrini idarə edir, kreativ kontent hazırlamaq bacarığı tələb olunur




